Nida Xəbər
Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
İran ətrafında yaranmış hərbi gərginlik və son müharibənin ortaya çıxardığı təhlükələr Azərbaycanın hava hücumundan müdafiə (HHM) imkanlarını daha da gücləndirməsinə səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə "Forbes" jurnalında dərc olunan məqalədə bildirilir.
Məqalədə qeyd olunur ki, Azərbaycan son illərdə hava məkanının müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirib. Bu istiqamətdə ölkə Pakistan istehsalı olan 40 ədəd “JF-17C Block III” çoxməqsədli qırıcısını silahlanmaya qəbul edib.
Müasir radarlar və uzaqmənzilli hava-hava raketləri ilə təchiz olunan bu təyyarələrin ölkənin hava qüvvələrinin döyüş imkanlarını artıracağı vurğulanır.
Forbes yazır ki, Azərbaycan bununla yanaşı, İsrail, Türkiyə və Çin istehsalı olan müxtəlif hava hücumundan müdafiə sistemləri, radarlar və digər vasitələr hesabına çoxqatlı müdafiə şəbəkəsi formalaşdırır.
Məqalədə bildirilir ki, İran-İsrail müharibəsi pilotsuz uçuş aparatları, qanadlı və ballistik raketlərin yaratdığı təhlükəni bir daha nümayiş etdirib və Bakı bu təcrübəni nəzərə alaraq hava məkanının müdafiəsini gücləndirmək qərarına gəlib.
Jurnal Azərbaycanın İranla uzun sərhədə malik olduğunu xatırladaraq qeyd edir ki, regionda təhlükəsizlik risklərinin artması fonunda hava məkanının etibarlı qorunması ölkə üçün əsas prioritetlərdən birinə çevrilib.
Müəllif hesab edir ki, yeni qırıcılar və müasir HHM sistemlərinin istismarı Azərbaycanın pilotsuz uçuş aparatları və raket təhdidlərinə qarşı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq və ölkənin Cənubi Qafqazda ən güclü hava müdafiə şəbəkələrindən birinə malik olmasına töhfə verəcək. (APA)
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq






































.jpg)
