İdman
Bir mövsümdə iki Avropa kubokunu qazandı
“Kristal Pelas”ın icarə əsasında çıxış edən yarımmüdafiəçisi Evann Qessan 2025/26 mövsümündə iki avrokubok qazanan futbolçu olub.
Publika.az xəbər verir ki, 24 yaşlı fil dişi sahilli futbolçu mövsümün ilk hissəsini hüquqları məxsus olduğu “Aston Villa”da keçirib. O, Avropa Liqasının əsas mərhələsində komandanın heyətində 7 oyunda meydana çıxıb və 2 qol vurub. Mayın 20-də “Aston Villa” finalda “Frayburq”u 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Mövsümün ikinci hissəsində isə Qessan icarə əsasında “Kristal Pelas”da çıxış edir. Futbolçu Konfrans Liqasında 6 oyunda iştirak edib və 1 qol vurub. Mayın 27-də “Kristal Pelas” finalda “Rayo Valyekano”nu 1:0 hesabı ilə məğlub edərək kuboku başı üzərinə qaldırıb.
UEFA qaydalarına əsasən, qalib komandanın heyətində turnirdə iştirak edən hər bir futbolçu turnirin qalibi hesab olunur. Beləliklə, Evann Qessan bir mövsümdə iki fərqli avrokubok qazanan nadir futbolçulardan birinə çevrilib.
-
Nida Xəbər 03:44İki ay əvvəl təyin olunduğu vəzifəsindən ayrıldı
-
Sosial02:43Üçüncü kurs tələbəsi vəfat etdi - Foto
-
Hadisə31 İyul 21:26Şirvan suvarma kanalı yarıldı - Xüsusi texnika cəlb olundu
-
Hadisə31 İyul 19:50“Port Baku”da yanğın oldu - Video/Yeniləndi
-
Avropa31 İyul 19:00Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
-
Rəsmi xronika31 İyul 17:03İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu - YENİLƏNDİ
-
Səhiyyə31 İyul 15:33Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
-
Nida Xəbər 31 İyul 14:45Əli Əsədov sərəncam imzaladı















.jpg)

.jpg)




.jpg)




.jpg)








