İdman
DÇ-2026-nın iştirakçısının düşərgəsində nə baş verir? - ABŞ-a uça bilmədilər
Seneqal Futbol Federasiyası (FSF) milli komandanın baş məşqçisi Pape Tiau ilə bağlı yayılan xəbərlər fonunda açıqlama yayıb.
Publika.az xəbər verir ki, mediada 45 yaşlı mütəxəssisin fevral ayından rəsmi müqavilə olmadan çalışdığı üçün qarşıdakı dünya çempionatına yollanmaqdan imtina etməklə hədələdiyi barədə məlumatlar yayılıb.
Federasiyanın bəyanatında bu iddialar təkzib olunub.
“Seneqal Futbol Federasiyası baş məşqçinin müqaviləsinin yenilənməsi ilə bağlı problemlərə görə dünya çempionatına getməkdən imtina etməsi barədə əsassız şayiələri qəti şəkildə rədd edir.
Milli komandanın ABŞ-a uçuşu yalnız inzibati və logistik səbəblərə görə təxirə salınıb. Söhbət xüsusi reys üçün lisenziyanın gecikməsi və qərargahın bəzi üzvlərinin vizalarının rəsmiləşdirilməsinin tamamlanmamasından gedir.
Kiçik logistik problemlər futbolçuların, məşqçilər korpusunun və federasiyanın birliyinə və motivasiyasına təsir göstərməyib”, — deyə açıqlamada bildirilir.
ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatının qrup mərhələsində Seneqal millisi Fransa, Norveç və İraqla qarşılaşacaq.
-
Nida Xəbər 03:44İki ay əvvəl təyin olunduğu vəzifəsindən ayrıldı
-
Sosial02:43Üçüncü kurs tələbəsi vəfat etdi - Foto
-
Hadisə31 İyul 21:26Şirvan suvarma kanalı yarıldı - Xüsusi texnika cəlb olundu
-
Hadisə31 İyul 19:50“Port Baku”da yanğın oldu - Video/Yeniləndi
-
Avropa31 İyul 19:00Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
-
Rəsmi xronika31 İyul 17:03İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu - YENİLƏNDİ
-
Səhiyyə31 İyul 15:33Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
-
Nida Xəbər 31 İyul 14:45Əli Əsədov sərəncam imzaladı















.jpg)

.jpg)




.jpg)




.jpg)








