İdman
Kamara bizim üçün qeyri-tipik oyunçudur - Rəşad Eyyubov
Azərbaycanın U-21 millisinin baş məşqçisi Rəşad Eyyubov jurnalistlərə açıqlama verib.
Publika.az xəbər verir ki, baş məşqçi, milli komandaya yeni dəvət olunan futbolçular barədə də danışıb:
“Heyətdə yeni cəlb olunan futbolçular var. Həm əvvəlki oyunçular, həm də yeni futbolçulara ümidlər böyükdür. Bu gün Lorenzo Mezzotero ilk məşqinə çıxdı. Bir məşqlə nəsə demək olmaz. Gözləntilərimiz var. Mustafa Kamara isə sabah ilk məşqinə çıxacaq. O, bizim üçün qeyri-tipik oyunçudur. Çünki texnikası və oyun tərzi fərqlidir. Kamaranın yığma üçün faydalı olacağını düşünürəm”.
Eyyubov, Türkiyədə keçirəcəkləri yoxlama oyunlarında yaxşı nəticə qazanmaq istədiklərini söyləyib:
“Türkiyədə bizi iki yoxlama oyunu gözləyir. Amma heç vaxt rəsmi matçlarla yoxlama oyunlarını ayırmıram. Məqsədimiz ancaq maksimum nəticə əldə etmək olacaq”.
U-21 mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoxlam oyunu keçiriləcək. Hər iki matçın saat 18:00-da başlanması nəzərdə tutulur.
-
Ekologiya18:24Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
-
Rəsmi xronika17:16Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika16:38“Mənim qızımı niyə gətirməmisən, görərdim” - Video
-
Rəsmi xronika15:09Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir - İlham Əliyev
-
Qoroskop15:00Kişilər bu bürclərin qadınlarına "yox" deyə bilmirlər
-
Nida Xəbər 14:30Səfirdən maraqlı paylaşım - Oğlu azərbaycanca oxudu - Video
-
Ekologiya14:00Bakıda hava kəskin dəyişir: 3 günün - PROQNOZU
-
Sosial13:2460-cı illərin sirri açıldı: Övladınızı gələcəkdə bədbəxt etmək istəmirsinizsə, bu səhvi etməyin







































