PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
Bizi izləyin

İdman

PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi

PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi

UEFA Çempionlar Liqasının finalında PSJ-nin qələbəsindən sonra Fransada baş verən iğtişaşlarda azı 12 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, yaralananlar arasında səkkiz polis əməkdaşı da var. Agen şəhərində yeddi polis əməkdaşı xəsarət alıb, Parisdəki Port-Mayo yaxınlığında isə bir polis əməkdaşını avtomobil vurub, sürücü hadisə yerindən yayınıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə qəzetə bildirib ki, azarkeşlərin toplaşdığı Paris dairəvi yolunda baş verən avtomobil qəzasından sonra iki nəfərin vəziyyəti ağırdır. Respublika meydanı yaxınlığında daha bir nəfər bıçaqlanıb. Bir qadının da ürək tutmasından sonra reanimasiyada olduğu bildirilir.

"Le Figaro" qəzetinin məlumatına görə, ölkə daxilində iğtişaşlar zamanı 416 nəfər, o cümlədən Parisdə 283 nəfər saxlanılıb.

xxx

23:48 - 30.06.26

Parisdə "PSJ" futbol klubunun azarkeşləri ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaşanıb.

Publika.az "SHOT" "Telegram" kanalına istinadla xəbər verir ki, hadisələr Çempionlar Liqasının "PSJ" və "Arsenal" komandaları arasında keçirilən final matçının başlamasından qısa müddət sonra başlanıb.

Azarkeşlər polislərə fişənglər ataraq və daşlarla hücum edərək müqavimət göstəriblər. Asayiş keşikçiləri isə cavab olaraq gözyaşardıcı qazdan istifadə ediblər.

Final qarşılaşması Budapeştdəki "Ferens Puşkaş" stadionunda keçirilir. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. "Arsenal"ın heyətində 6-cı dəqiqədə Kay Havertz hesabı açsa da, 65-ci dəqiqədə Osman Dembele penaltini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib. Fransız klubunun qapısını qoruyan rusiyalı qapıçı Matvey Safonov matçın ilk hissəsində komanda yoldaşı Markinyosla toqquşduğu üçün tibbi yardım almalı olub.

Qeyd edək ki, "PSJ" ötən mövsüm finalda "İnter"i 5:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasının qalibi olmuşdu. Cari mövsümün yarımfinalında "PSJ" Münhen "Bavariya"sını, "Arsenal" isə Madrid "Atletiko"sunu mübarizədən kənarlaşdırıb. London klubu 20 ildən sonra ilk dəfə Çempionlar Liqasının finalında iştirak edir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm