100 min dollarlıq bonusu onlar aldı
Bizi izləyin

İdman

100 min dollarlıq bonusu onlar aldı

100 min dollarlıq bonusu onlar aldı

Çinin Makao şəhərində keçirilən “UFC Fight Night 277” turnirindən sonra kimlərə bonusların verilməsi bəlli olub.

Publika.az xəbər verir ki, məlumatı UFC-in mətbuat xidməti açıqlayıb.

“UFC Fight Night 277”-dən sonra 100.000 dollar bonus alanlar: Gecənin performansı: Sonq Yadonq və Kay Asakura.

Gecənin ən yaxşı döyüşü: Minyan Can və Alonzo Menifild.

Onu da qeyd etmək lazımdır ki, erkən qələbə qazanan və əsas bonusu almayan, həmçinin çəki ölçməsində uğursuz olmayan hər kəs 25 min dollar alacaq.

Xatırladaq ki, axşamın əsas döyüşündə çinli döyüşçü Sonq Yadonq ikinci raundda boğucu fəndlə keçmiş UFC çempionu, braziliyalı Deyveson Fiqeyredoya qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm