İdman
Qovulduğundan belə xəbər tutub
Arne Slotun şənbə günü “Liverpul”un baş məşqçisi vəzifəsindən kənarlaşdırılması ilə bağlı yeni detallar ortaya çıxıb.
Publika.az xəbər verir ki, “The Athletic”in məlumatına görə, Slota bu barədə xəbəri şənbə günü səhər “Liverpul”un idman direktoru Riçard Hyuz çatdırıb.
Slot mövsümöncəsi məşqlər və yay transfer kampaniyası ilə bağlı müzakirələrdə fəal iştirak etdiyi üçün belə qərarı gözləmirmiş.
O, şənbə gününə qədər oyunçularla yay planlarını və növbəti mövsümə hazırlıqları müzakirə edib və buraxdığı hər hansı bir səhvi düzəltmək imkanı olacağına inanıb.
Bundan əlavə, Arne bu yay məşqçilər heyətinə qoşulmaq üçün “Feyenoord”dakı keçmiş köməkçisi Etyen Reynen ilə razılığa gəlib.
Hyuz və baş direktor Maykl Edvards əvvəllər “Liverpul”un nəticələrinin pisləşməsinə səbəb olan halları nəzərə alaraq Slotu dəstəklədiklərini bildirmişdilər. Lakin mövsümün sonundan sonrakı həftədə vəziyyəti nəzərdən keçirdikdən sonra həm paltardəyişmə otağındakı, həm də azarkeşlər arasındakı əhval-ruhiyyəni nəzərə alaraq dəyişikliyin zəruri olduğu qənaətinə gəliblər.
-
Avropa19:00Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
-
Rəsmi xronika17:03İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu - YENİLƏNDİ
-
Səhiyyə15:33Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
-
Nida Xəbər 14:45Əli Əsədov sərəncam imzaladı
-
MDB13:55Bu ölkə separatçı Abxaziya və Cənubi Osetiyanı tanımaq qərarını geri götürdü
-
MDB13:07Rusiya müharibənin bitəcəyi tarixi açıqladı: Bunu istəyirik
-
ABŞ12:20ABŞ siyasətində şok statistika: Ən çox söyüş söyən prezidentlər bəlli oldu
-
Nida Xəbər 12:08Azərbaycan və Mərkəzi Asiya: Yeni geosiyasi əməkdaşlıq modeli - TƏHLİL





























.jpg)
.jpg)








