İdman
Minifutbol millimiz Avropa çempionu oldu
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub.
Publika.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finalda Ukrayna seçməsini məğlub edib.
"Tipos Arena"dakı oyun 2:0 hesabı ilə bitib.
Komandanın qollarına Mirmehdi Rzayev və İsa Atayev imza atıb.
Beləliklə, minifutbol üzrə Azərbaycan millisi ikiqat Avropa çempionu olub. Komanda daha əvvəl 2022-ci ildə titula sahib çıxıb.
Xatırladaq ki, Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitən yarımfinal görüşünün penaltilər seriyasında Serbiya seçməsini üstələyib - 3:1. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edib.
-
ABŞ12:20ABŞ siyasətində şok statistika: Ən çox söyüş söyən prezidentlər bəlli oldu
-
Nida Xəbər 12:08Azərbaycan və Mərkəzi Asiya: Yeni geosiyasi əməkdaşlıq modeli - TƏHLİL
-
Magazin111:16Xalq artisti nəvəsini hərbi xidmətə yola saldı - FOTO
-
Rəsmi xronika10:34İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
-
Köşə09:33Axı “Qarabağ” niyə belə edir?
-
Maraq dünyası09:27Marsda “yadplanetli raketi" tapıldı: "Qırmızı planet" belə məhv edilib - FOTO
-
Avropa07:30Monastırda sensasion kəşf
-
Magazin206:1650 yaşlı Şarliz Teron qala gecəsində göz oxşadı






























.jpg)







