Dünya
Bu ölkədə İlon Maskın oxşarı tapıldı - Biznesi böyüdü
Çində İlon Maska bənzəyən 48 yaşlı aşpaz Ma Tsyanpin sosial şəbəkələrdə yayılan təsadüfi videodan sonra məşhurlaşıb.
Publika.az xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.
Bildirilib ki, Tunçuan şəhərində restoran sahibi olan Ma Tsyanpinlə şəkil çəkdirmək istəyən insanların sayı kəskin artıb. Bu səbəbdən restorana gələn müştərilərin sayı iki dəfə çoxalıb.
Buna baxmayaraq, aşpaz gündə 15 saat işlədiyini, bütün əməkdaşlıq təkliflərini rədd etdiyini və fəaliyyətini yalnız restoranında davam etdirmək istədiyini bildirib. O, qəfil qazandığı şöhrətin onda utancaqlıq və narahatlıq yaratdığını da etiraf edib.
Sosial şəbəkə istifadəçiləri isə onunla bağlı zarafat xarakterli memlər hazırlayır, restoranın adının "Space X Barbecue" olaraq dəyişdirilməsini təklif edirlər.
Müəllif: Roza
-
Hadisə22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Sağlamlıq19:12Saç tökülməsinin ümumi səbəbləri - Gər gün neçə tel itirilə bilər?
-
Region19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var
-
Magazin118:48Faiq Ağayevə ağır itki üz verdi
-
İdman18:12Bakıda ilk dəfə keçiriləcək dünya çempionatı ilə bağlı SENSASİON İDDİA
-
İqtisadi gündəm17:26Bakıya 200 milyard dollarlıq investisiya yatırılıb

































