İdman
FİFA bəyanat yaydı: Planımız pozuldu, futbol satılmır
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) bildirib ki, planları ilə bağlı mediada müzakirələr yeni təşəbbüs üzrə planlaşdırılan məsləhətləşmə prosesini pozub.
Publika.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti bildirib.
Bəyanatda deyilir: “Planlaşdırdığımız məsləhətləşmə prosesimiz yanlış media xəbərləri ilə pozuldu. FİFA “Forward Enterprise”in yaradılması təklifi yalnız bütün FİFA üzv assosiasiyalarının öz ölkələrində futbolun kommersiya məqsədli istismarında həqiqi paya sahib olmasını təmin etmək üçün irəli sürülüb. Futbol satılmır”.
İyulun 28-də FİFA prezidenti Canni İnfantinonun turniri idarə etmək üçün ayrıca bir şirkət yaratmağı və səhmlərinin təxminən 20-30%-ni investorlara satmağı düşündüyü barədə məlumatlar yayıldı. Nəzərdən keçirilən potensial investorlar arasında amerikalı sahibkar Coşua Kuşnerin “Thrive Eternal” fondu da var.
Alınan vəsaitin, digər məsələlərlə yanaşı, milli futbol assosiasiyalarına ödənişləri artırmaq üçün istifadə edilməsi planlaşdırılır.
Amma FİFA-nın bu ideyası sərt tənqidlərlə üzləşdi.
Müəllif: Tural
-
Avropa15:26Kimə nə qədər pul ayrılacağına Lyayen qərar verəcək - Aİ-də 2 trilyon avroluq qalmaqal
-
Region13:36Rusiyanın “qaz şantajı” – Paşinyan hansı ssenariləri nəzərdən keçirir?
-
Region13:18Ermənistanda maşınların sayı artır, tıxac yaranır - Paşinyan həll yolunu göstərdi
-
Sosial11:54Cefri Verbokun keçmiş azərbaycanlı xanımı bu məşhur nəsildən imiş - FAKTLAR
-
Rəsmi xronika11:14Prezident İlham Əliyev Si Cinpini təbrik etdi
-
Elm və təhsil10:48İnsanlar üçün nümunə: Görün dalaşan meymunlar necə barışırlar
-
Sosial10:24Bu şəxslər maaşdan əlavə pul alacaq
-
Rəsmi xronika10:22İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ






















.jpg)














