Sosial
FHN təlim keçirdi - VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) Şimal Regional Mərkəzinin (RM) və Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) birgə təşkilatçılığı ilə “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə təlim keçirilib.
Publika.az xəbər verir ki, təlimə Nazirliyin Şimal RM və DYNX Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin yerli struktur bölmələrinin müvafiq canlı qüvvə və texnikası cəlb edilib.
Təlimin keçirilməsində məqsəd fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi, müəssisə heyətinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması olub.
Tədbirin nəzəri hissəsində FHN-in əməkdaşları fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, təlim iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.
Təlimin praktiki hissəsində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra xəstəxananın əməkdaşları tərəfindən şərti yanğına ilkin müdaxilə edilib, nazirliyin yanğından mühafizə və xilasetmə bölmələri isə operativ qaydada hadisə yerinə çataraq, “zərərçəkmişlərin təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetiriblər.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib və müəssisənin yanğın təhlükəsizliyinə məsul şəxsi heyətinə maarifləndirici materiallar təqdim olunub.
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava


































.jpg)
