İdman
Qvardiola getdi, “Yunayted”in çempionluq şansı artdı - İDDİA
“Mançester Yunayted”in keçmiş hücumçusu Endi Koul əmindir ki, Xosep Qvardiolanın “Mançester Siti”nin baş məşqçisi vəzifəsindən getməsi “qırmızı şeytanlar”ın çempionluq şanslarına müsbət təsir göstərəcək.
Publika.az xəbər verir ki, onun sözlərini “Sky Sports” sitat gətirib.
Keçmiş futbolçu “Mançester Yunayted”in çempionluq titulunu qazanmaq şanslarını qiymətləndirib.
“Əgər onlar yeni mövsümə ötən mövsümdəki kimi inamla başlaya bilsələr, nə baş verə biləcəyini kim bilir. Düşünürəm ki, hazırda çoxları belə düşünür. Pepin “Mançester Siti”dən getməsi Premyer Liqada qalib gəlmək şansımız olduğunu göstərir”, – Koul deyib.
Qeyd etmək lazımdır ki, Koul 1995-ci ildən 2002-ci ilə qədər Mançesterin “qırmızı” hissəsindən oynayıb. Bu müddət ərzində Endi 275 oyunda (121 qol və 48 məhsuldar ötürmə) iştirak edib və komanda ilə 10 kubok qazanıb.
-
ABŞ12:20ABŞ siyasətində şok statistika: Ən çox söyüş söyən prezidentlər bəlli oldu
-
Nida Xəbər 12:08Azərbaycan və Mərkəzi Asiya: Yeni geosiyasi əməkdaşlıq modeli - TƏHLİL
-
Magazin111:16Xalq artisti nəvəsini hərbi xidmətə yola saldı - FOTO
-
Rəsmi xronika10:34İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
-
Köşə09:33Axı “Qarabağ” niyə belə edir?
-
Maraq dünyası09:27Marsda “yadplanetli raketi" tapıldı: "Qırmızı planet" belə məhv edilib - FOTO
-
Avropa07:30Monastırda sensasion kəşf
-
Magazin206:1650 yaşlı Şarliz Teron qala gecəsində göz oxşadı






























.jpg)







