İdman
Peres “Real” tarixinin ən bahalı transferinin anonsunu verdi
“Real”ın prezidenti Florentino Peres klub tarixinin ən bahalı transferini reallaşdırmağa hazırlaşdığını açıqlayıb.
Publika.az xəbər verir ki, Peres seçkiqabağı çıxışında bunları deyib:
“Çərşənbə axşamı Çempionlar Liqasının aparıcı komandalarından birinə görkəmli futbolçu üçün ciddi təklif göndərəcəyəm. Bu, “Real”ın tarixində ödədiyi ən böyük transfer məbləği olacaq. Söhbət ən azı 150 milyon avrodan gedir.
Maykl Olise? O, əla futbolçudur, amma nəzərdə tutduğum oyunçu deyil. Bu futbolçu nə Harri Keyndir, nə Jeremi Doku, nə də Erlinq Halland. O, yarımmüdafiədə və ya hücum xəttində çıxış edir.
Luiş Fiqo, Zinəddin Zidan, Ronaldo Nazario, Kriştiano Ronaldo, Kaka… Bu futbolçuların transferləri böyük səs-küy yaratmışdı. Mənim nəzərdə tutduğum oyunçu da məhz həmin səviyyədədir və Premyer Liqada çıxış etmir. Əsl “Qalaktiko”dur”.
Xatırladaq ki, iyunun 7-də “Real”da prezident seçkiləri keçiriləcək. Florentino Peres yenidən prezident seçilmək uğrunda mübarizə aparacaq. Onun rəqibi ispaniyalı iş adamı Enrike Rikelmedir.
Müəllif: Tural
-
ABŞ12:20ABŞ siyasətində şok statistika: Ən çox söyüş söyən prezidentlər bəlli oldu
-
Nida Xəbər 12:08Azərbaycan və Mərkəzi Asiya: Yeni geosiyasi əməkdaşlıq modeli - TƏHLİL
-
Magazin111:16Xalq artisti nəvəsini hərbi xidmətə yola saldı - FOTO
-
Rəsmi xronika10:34İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
-
Köşə09:33Axı “Qarabağ” niyə belə edir?
-
Maraq dünyası09:27Marsda “yadplanetli raketi" tapıldı: "Qırmızı planet" belə məhv edilib - FOTO
-
Avropa07:30Monastırda sensasion kəşf
-
Magazin206:1650 yaşlı Şarliz Teron qala gecəsində göz oxşadı






























.jpg)







