İdman
Messinin vəziyyəti xeyli yaxşılaşıb - Skaloni
Argentina millisinin baş məşqçisi Lionel Skaloni 2026-cı il dünya çempionatı ərəfəsində Lionel Messinin fiziki durumu barədə danışıb.
Publika.az xəbər verir ki, çalışdırıcı azarkeşləri sevindirəcək açıqlama verib:
“Leo özünü yaxşı hiss edir. O, artıq məşqlərin bir hissəsini komanda ilə birlikdə keçirib və bu, çox vacibdir. Tamamilə komandadan ayrı çalışmır, tədricən formasını bərpa edir. Vəziyyəti xeyli yaxşılaşıb və bu, bizi rahatlaşdırır”.
Qeyd edək ki, Argentina millisi dünya çempionatı öncəsi Hondurasla yoldaşlıq görüşü keçirib və 2:0 hesablı qələbə qazanıb. Lionel Messi oyunun iştirak ərizəsində yer alsa da, görüşü ehtiyat oyunçular skamyasında keçirib.
Dünya çempionatında Argentina millisi J qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri Avstriya, İordaniya və Əlcəzair yığmaları olacaq.
Qeyd edək ki, 8 qat “Qızıl top” mükafatçısı mayın sonunda MLS-də keçirdiyi oyunda zədələnmiş və bu səbəbdən milli komandanın düşərgəsinə tam hazır vəziyyətdə qoşula bilməmişdi.
-
Avropa07:30Monastırda sensasion kəşf
-
Magazin206:1650 yaşlı Şarliz Teron qala gecəsində göz oxşadı
-
Sağlamlıq02:42Kəsilmiş qarpızı nə qədər saxlamaq olar?
-
ABŞ00:15ABŞ-ın məxfi "51-ci Zona"sında GÜCLÜ YANĞIN
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni ilham mənbələri tapa bilərsiniz
-
Səhiyyə30 İyul 23:48Diabetin gözlənilməz səbəbi - Yeni müalicə strategiyası yarana bilər
-
Magazin230 İyul 23:36Ben Afflek bir milyon dollar qazandı
-
Magazin130 İyul 23:12"Bunu evdən öyrənib efirə gəlin" - - Könül Kərimovadan irad































.jpg)







