ÇL-in oyunundakı qalmaqala aydınlıq gəldi: Hakim sərxoş deyilmiş
Bizi izləyin

İdman

ÇL-in oyunundakı qalmaqala aydınlıq gəldi: Hakim sərxoş deyilmiş

ÇL-in oyunundakı qalmaqala aydınlıq gəldi: Hakim sərxoş deyilmiş

Asiya Çempionlar Liqasının 2-ci turunun “Əl-Cəzirə” və “Qohar” (1:0) komandaları arasında keçirilən oyununda hakimin davranışı sağlamlıq problemləri ilə əlaqələndirilir.

Daha əvvəl xəbər vermişdik ki, suriyalı hakim Hanna Xəttab fasilədə oyundan kənarlaşdırılıb və onun yerinə dördüncü hakim təyin edilib.

“Qohar” Xəttabın davranışı səbəbindən ikinci hissədə meydana çıxmaqdan imtina edib və İran klubunun nümayəndələri hakimin sərxoş olduğunu iddia ediblər.

Publika.az xəbər verir ki, iranlı jurnalist Ərfan Hüseyni bildirib ki, tibbi müayinə nəticəsində müəyyən edilib ki, hakimin vəziyyətinə qan şəkərinin aşağı olması səbəb olub. Qeyd olunur ki, buna uzun uçuşdan sonra yorğunluq səbəb ola bilər, çünki suriyalı hakim Braziliyada yaşayır və 15 saata qədər yolda olur.

Matçdan sonra Hanna Xəttab sosial mediada paylaşım edərək Suriya Futbol Federasiyasından rəsmi açıqlama gözlədiyini və şəxsi həyatına və nüfuzuna edilən hər hansı bir hücumu pislədiyini bildirib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm