İdman
Cənubi Koreya Çexiya üzərində əzmkar qələbə qazandı - YENİLƏNNDİ
Futbol üzrə dünya çempionatında A qrupunun Cənubi Koreya - Çexiya görüşü baş tutub.
Publika.az xəbər verir ki, Qvadalaxara stadionunda keçirilən matçda asiyalılar 2:1 hesablı əzmkar qələbə qazanıblar.
Hesabı çexlər açıblar. 59-cu dəqiqədə Ladislav Kreyçiy başla dəqiq oynayıb. Lakin özündə güc toplayan Cənubi Koreya seçməsi Hvan İn Bom (67) və O İn Qyunun (80) qolları ilə qalib gəlib.
Qeyd edək ki, qrupun və DÇ-2026-nın açılış matçında Meksika Cənubi Afrika Respublikası (CAR) millisinə 2:0 hesabı ilə qalib gəlib.
xxx
07:40
Futbol üzrə dünya çempionatında Cənubi Koreya və Çexiya yığmaları arasında keçirilən A qrupunun görüşündə üçüncü qol vurulub.
Publika.az xəbər verir ki, Qvadalaxara stadionunda keçirilən matçda asiyalılar hesabda irəli çıxıblar - 2:1.
80-ci dəqiqədə O İn Qyu adını tabloya yazdırıb.
xxx
07:28
Futbol üzrə dünya çempionatında Cənubi Koreya və Çexiya yığmaları arasında keçirilən A qrupunun görüşündə ikinci qol vurulub.
Publika.az xəbər verir ki, Qvadalaxara stadionunda keçirilən matçda asiyalılar hesabı bərabərləşdiriblər - 1:1.
67-ci dəqiqədə Hvan İn Bom status-kvonu bərpa edib.
xxx
07:19
Futbol üzrə dünya çempionatında Cənubi Koreya və Çexiya yığmaları arasında keçirilən A qrupunun görüşündə hesab açılıb.
Publika.az xəbər verir ki, Qvadalaxara stadionunda keçirilən matçda avropalılar hesabda irəli çıxıblar.
59-cu dəqiqədə Ladislav Kreyçiy başla dəqiq oynayıb.
xxx
07:00
Futbol üzrə dünya çempionatında Cənubi Koreya və Çexiya yığmaları arasında keçirilən A qrupunun görüşündə ikinci hissə başlayıb.
Publika.az xəbər verir ki, Qvadalaxara stadionunda keçirilən matçın ilk hissəsində hesab açılmayıb.
Görüşü misirli FIFA referisi Amin Omar idarə edir.
xxx
06:49
Futbol üzrə dünya çempionatında Cənubi Koreya və Çexiya yığmaları arasında keçirilən A qrupunun görüşündə birinci hissə başa çatıb.
Publika.az xəbər verir ki, Qvadalaxara stadionunda keçirilən matçın ilk hissəsində hesab açılmayıb.
Görüşü misirli FIFA referisi Amin Omar idarə edir.
xxx
06:01
Meksikada futbol üzrə dünya çempionatına start verilib.
Publika.az xəbər verir ki, A qrupunun növbəti matçında Cənubi Koreya Çexiya kollektivi ilə qarşılaşır.
Qvadalaxara stadionunda başlayan görüşü misirli FIFA referisi Amin Omar idarə edir.
Oyunun start fiti saat 06:00-da səslənib.
-
ABŞ00:15ABŞ-ın məxfi "51-ci Zona"sında GÜCLÜ YANĞIN
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni ilham mənbələri tapa bilərsiniz
-
Səhiyyə30 İyul 23:48Diabetin gözlənilməz səbəbi - Yeni müalicə strategiyası yarana bilər
-
Magazin230 İyul 23:36Ben Afflek bir milyon dollar qazandı
-
Magazin130 İyul 23:12"Bunu evdən öyrənib efirə gəlin" - - Könül Kərimovadan irad
-
İdman30 İyul 22:24"Zirə" Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ
-
ABŞ30 İyul 22:12Uşaq qidaları ilə bağlı şokedici araşdırma - Alimlər nələr aşkar ediblər?
-
Art30 İyul 20:48"44" bədii filmi üzərində iş yekunlaşdı - FOTO













.jpg)















