Dünya
ABŞ və Fransa Rusiyanın ən gizli nöqtələrini Ukraynaya göstərdi - ŞOK İDDİA
ABŞ və Fransa kəşfiyyat orqanları Ukraynaya Rusiya ərazisində həyata keçirilən uzaqmənzilli pilotsuz uçuş aparatı (PUA) hücumlarının planlaşdırılmasında dəstək verib.
Publika.az xəbər verir ki, bu barədə "Financial Times" vəziyyətlə tanış olan rəsmilərə istinadən məlumat yayıb.
Nəşrin iddiasına görə, ABŞ və Fransa kəşfiyyatı Ukrayna Silahlı Qüvvələrinə hədəflərin seçilməsi, Rusiya hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi ərazilərin müəyyənləşdirilməsi və dronların dərinlikdə yerləşən obyektlərə çatması üçün optimal marşrutların hazırlanmasında kömək edib.
Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodnyukun sözlərinə görə, əldə olunan kəşfiyyat məlumatları prioritet hədəflərin müəyyənləşdirilməsini xeyli yaxşılaşdırıb. Onun sözlərinə görə, əsas hədəfə zərbə endirmək mümkün olmadıqda, operatorlar əvvəlcədən müəyyən edilmiş alternativ obyektlərə yönəlirlər.
Məlumata əsasən, iyul ayında Ukrayna ilk dəfə olaraq Rusiyanın enerji infrastrukturundan başqa, "Wildberries" marketpleysinin anbarlarını da hədəfə alıb. Bildirilir ki, təxminən bir həftə yarım ərzində ümumi sahəsi 860 min kvadratmetr olan səkkiz anbara zərbələr endirilib. Ən böyük ziyan Moskva vilayətinin Elektrostal şəhərində yerləşən anbara dəyib. İyulun 18-də baş verən hücum nəticəsində burada 250 min kvadratmetrə yaxın sahə yanaraq yararsız vəziyyətə düşüb.
"Financial Times" yazır ki, Ukrayna neft infrastrukturuna qarşı taktikasını da dəyişib. Artıq əsas məqsəd zavodların və ya neft çənlərinin kütləvi şəkildə vurulması deyil, fəaliyyət üçün həyati əhəmiyyət daşıyan avadanlıqların sıradan çıxarılmasıdır. Mühəndislər və sənaye mütəxəssisləri hücumdan əvvəl hansı avadanlıqların əvəzlənməsinin daha çətin olduğunu müəyyənləşdirir, bəzi hallarda isə eyni obyekt təmir başa çatmamış yenidən hədəfə alınır.
Nəşrin məlumatına görə, Ukrayna Rusiyanın enerji infrastrukturunun ətraflı xəritəsini hazırlayıb və sistem üçün kritik əhəmiyyət daşıyan obyektləri müəyyən edib.
Bildirilir ki, iyul ayında PUA hücumlarından sonra Tümen, "Qazpromneftexim Salavat", Sızran, Saratov, Omsk neft emalı zavodları, eləcə də "Lukoyl"un "Nijeqorodnefteorqsintez" müəssisəsi fəaliyyətini müvəqqəti dayandırıb.
Müəllif: Adəm Abbaslı
-
Magazin110:06Nigar Camal təcili əməliyyat olundu: Sabah konsert verəcəkdi
-
MDB09:20Ukrayna “Wildberries”in daha bir anbarını vurdu - Yanır
-
Magazin208:53"Behzat Ç." saxlanıldı
-
Region06:51ABŞ İrana hücum etdi: Qeşm adasında xəsarət alanlar var - Yeniləndi
-
Sosial06:16Sabiq başçının həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı - Foto
-
ABŞ03:19Ağ Evdən COVID-19 virusu ilə bağlı şok açıqlama
-
Ekopublika.az01:20Mərkəzi Bank sədrindən manatla bağlı vacib açıqlama - Məzənnə dəyişəcək?
-
İdman29 İyul 23:55FİFA Argentina millisinə qarşı üç maddə üzrə araşdırma başlatdı













.jpg)



.jpg)














