İdman
9 illik plan yenidən gündəmdə - UEFA dünya çempionatına alternativ yaradır
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) dünya çempionatına alternativ ola biləcək "Qlobal Millətlər Liqası" adlı yeni futbol turniri konsepsiyası hazırlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Hələ 2017-ci ildə hazırlanmış formata əsasən, turnir hərəsində səkkiz komanda olmaqla yeddi diviziondan ibarət olacaq. İştirakçılar milli komandaların reytinqinə uyğun olaraq divizionlara bölünəcəklər. Hər divizionda kvotalar belə müəyyən edilib: Avropadan üç, Cənubi Amerikadan iki, Afrika, Asiya və Şimali Amerikadan isə hərəsindən bir komanda. Okeaniya təmsilçisi yalnız gücünə görə dördüncü divizionda yer alacaq.
İlkin mərhələdə bu ideya həyata keçirilməyib. Buna səbəb FIFA prezidenti Canni İnfantinonun diqqətini genişləndirilmiş Klublararası Dünya Çempionatının yaradılmasına yönəltməsi olub.
İyulun 30-da UEFA Beynəlxalq Futbol Federasiyasının (FIFA) turnirlərini boykot etdiyini açıqlayıb.
İyulun 28-də isə FIFA prezidenti Canni İnfantinonun turnirin idarə olunması üçün ayrıca şirkətin yaradılması və onun səhmlərinin təxminən 20–30 faizinin investorlara satılması üzərində işlədiyi barədə məlumat yayılmışdı. Potensial investorlar arasında amerikalı sahibkar Coşua Kuşnerin “Thrive Eternal” fondu da göstərilir.
Hüseyn İbadlı
-
Avropa15:26Kimə nə qədər pul ayrılacağına Lyayen qərar verəcək - Aİ-də 2 trilyon avroluq qalmaqal
-
Region13:36Rusiyanın “qaz şantajı” – Paşinyan hansı ssenariləri nəzərdən keçirir?
-
Region13:18Ermənistanda maşınların sayı artır, tıxac yaranır - Paşinyan həll yolunu göstərdi
-
Sosial11:54Cefri Verbokun keçmiş azərbaycanlı xanımı bu məşhur nəsildən imiş - FAKTLAR
-
Rəsmi xronika11:14Prezident İlham Əliyev Si Cinpini təbrik etdi
-
Elm və təhsil10:48İnsanlar üçün nümunə: Görün dalaşan meymunlar necə barışırlar
-
Sosial10:24Bu şəxslər maaşdan əlavə pul alacaq
-
Rəsmi xronika10:22İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ






















.jpg)














