İdman
“Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ
UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ" Bolqarıstanda ÇSKA (Sofiya) ilə cavab oyununa çıxıb.
Publika.az xəbər verir ki, Sofiyadakı "Vasil Levski" stadionunda keçirilən qarşılaşmanın əsas vaxtında hesab açılmayıb - 0:0.
Bakıda keçirilən ilk görüş də qolsuz heç-heçə ilə başa çatdığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. Lakin hər biri 15 dəqiqədən ibarət iki hissədə də hesab dəyişməyib və cütün taleyinə penaltilər seriyasında aydınlıq gəlib.
Onbirmetrlik cərimə zərbələrində daha dəqiq oynayan Bolqarıstan təmsilçisi 5:4 hesablı qələbə qazanaraq UEFA Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib.
Bununla da "Qarabağ" Avropa Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi avrokuboklardakı çıxışını UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Komanda bu raundda Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları avqustun 6-da və 13-də keçiriləcək.
xxx
22:00
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyunu başlayıb.
Publika.az xəbər verir ki, qarşılaşma "Vasil Levski" stadionunda keçirilir.
Görüşü belçikalı FIFA referisi Brem van Drisş idarə edir.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz başa çatıb.
-
Avropa15:26Kimə nə qədər pul ayrılacağına Lyayen qərar verəcək - Aİ-də 2 trilyon avroluq qalmaqal
-
Region13:36Rusiyanın “qaz şantajı” – Paşinyan hansı ssenariləri nəzərdən keçirir?
-
Region13:18Ermənistanda maşınların sayı artır, tıxac yaranır - Paşinyan həll yolunu göstərdi
-
Sosial11:54Cefri Verbokun keçmiş azərbaycanlı xanımı bu məşhur nəsildən imiş - FAKTLAR
-
Rəsmi xronika11:14Prezident İlham Əliyev Si Cinpini təbrik etdi
-
Elm və təhsil10:48İnsanlar üçün nümunə: Görün dalaşan meymunlar necə barışırlar
-
Sosial10:24Bu şəxslər maaşdan əlavə pul alacaq
-
Rəsmi xronika10:22İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ






















.jpg)














