İdman
Argentina heç kimin qarşısını ala bilmədiyi lənətlə üz-üzə
Argentina millisi 2026-cı il dünya çempionatında maraqlı statistik tendensiya ilə üz-üzə qalacaq.
Publika.az xəbər verir ki, iyunun 11-də FİFA milli komandaların yenilənmiş reytinqini açıqlayıb. Siyahıda ilk pillədə Argentina yığması qərarlaşıb.
İspaniyanın məşhur idman nəşri “Marca”nın yazdığına görə, dünya çempionatına FİFA reytinqinin lideri kimi qatılan komandaları uzun illərdir maraqlı bir uğursuzluq təqib edir. Belə ki, reytinq cədvəlinin zirvəsində yer alan heç bir milli komanda sonradan dünya çempionu ola bilməyib.
Bu tendensiyanı qırmağa ən yaxın komanda Fransa millisi olub. Fransızlar 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatına FİFA reytinqinin lideri kimi qatılmış, finala qədər irəliləmişdilər. Lakin həlledici görüşdə penaltilər seriyasında məhz Argentina yığmasına məğlub olmuşdular.
Xatırladaq ki, Argentina millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində Əlcəzair (17 iyun), Avstriya (22 iyun) və İordaniya (28 iyun) yığmaları ilə qarşılaşacaq.
Müəllif: Tural
-
ABŞ00:15ABŞ-ın məxfi "51-ci Zona"sında GÜCLÜ YANĞIN
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni ilham mənbələri tapa bilərsiniz
-
Səhiyyə30 İyul 23:48Diabetin gözlənilməz səbəbi - Yeni müalicə strategiyası yarana bilər
-
Magazin230 İyul 23:36Ben Afflek bir milyon dollar qazandı
-
Magazin130 İyul 23:12"Bunu evdən öyrənib efirə gəlin" - - Könül Kərimovadan irad
-
İdman30 İyul 22:24"Zirə" Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ
-
ABŞ30 İyul 22:12Uşaq qidaları ilə bağlı şokedici araşdırma - Alimlər nələr aşkar ediblər?
-
Art30 İyul 20:48"44" bədii filmi üzərində iş yekunlaşdı - FOTO













.jpg)















