İdman
Türkiyə millisindən 52 illik antirekord
Türkiyə millisi 2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk turunda Avstraliyaya 0:2 hesabı ilə məğlub olub.
Publika.az xəbər verir ki, “ay-ulduzlular” qarşılaşma ərzində rəqib qapısına 30 zərbə endirsələr də, cəmi 9 zərbə vuran Avstraliya yığmasının qapısını heç bir halda fəth edə bilməyiblər.
“Opta”nın məlumatına görə, bu, 1974-cü ildən bəri dünya çempionatlarında bir komandanın oyun ərzində 30 və ya daha çox zərbə vurmasına baxmayaraq quru hesabla məğlub olduğu ilk haldır.
52 il əvvəl bu cür antirekorda Uruqvay millisi imza atIB. Həmin vaxt cənubi amerikalılar İsveçə 0:3 hesabı ilə uduzublar.
Bir komandanın dünya çempionatında 30 və daha çox zərbə vurmasına baxmayaraq qol vura bilmədiyi son hadisə isə 2006-cı ildə qeydə alınıb. Həmin vaxt Portuqaliya millisi 1/4 final mərhələsində İngiltərə ilə oyunda hesabı aça bilməyib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
-
İdman20:07Konfrans Liqası: "Zirə" "Payde" ilə matçda hesabı açdı - YENİLƏNİR
-
Magazin220:00Evli kişi ilə eşq yaşaması iddialarına cavab verdi
-
İKT19:24"iPhone 16 Plus" rekord səviyyədə ucuzlaşdı
-
Rəsmi xronika16:33İlham Əliyev Qırğızıstanda səfərdədir - YENİLƏNDİ
-
Sosial15:30Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır
-
İdman14:48Mbappe sevgilisi ilə adada belə istirahət edir - FOTOLAR
-
Qoroskop14:18Qismət qapıları açılır: Arzuları gerçəkləşəcək 5 bürc
-
Region13:18Ermənistan Rusiyaya qarşı sanksiya tətbiq etməyə məcbur olacaq - Sensasion iddia

















.jpg)















