İdman
Rodri gedə bilər - “Siti” Əyyubla anlaşdı
“Mançester Siti” İspaniya millisinin yarımmüdafiəçisi Rodriyə əvəzedici tapıb. Rodri “Real Madrid”ə keçməyə yaxındır.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira sosial mediada məlumat yayıb.
Mənbənin məlumatına görə, “Lill”in yarımmüdafiəçisi Əyyub Buhəddi “Siti” klubuna keçməyə bir addım da yaxınlaşıb. Klub və oyunçu 2031-ci ilin yayına qədər olan müqavilə üçün şəxsi şərtlər barədə razılığa gəliblər.
Daha əvvəl mediada yayılan xəbərlərdə Fransa klubunun 18 yaşlı futbolçunun potensial satışından 100 milyon avro tələb etdiyi bildirilirdi. Rodri isə öz növbəsində Madrid nəhənginə transfer üçün “yaşıl işıq” yandırmışdı.
Ötən mövsüm Buhaddi klubunda bütün yarışlarda 42 oyun keçirib və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt”a görə, onun bazar dəyəri 80 milyon avrodur. 18 yaşlı mərakeşli futbolçu 2026-cı il Dünya Kubokunda beş oyunda iştirak edib.
Müəllif: Tural
-
Magazin218:48Adriana Limanın yeni videosu izləyiciləri dəhşətə gətirdi - VİDEO
-
Avropa15:26Kimə nə qədər pul ayrılacağına Lyayen qərar verəcək - Aİ-də 2 trilyon avroluq qalmaqal
-
Region13:36Rusiyanın “qaz şantajı” – Paşinyan hansı ssenariləri nəzərdən keçirir?
-
Region13:18Ermənistanda maşınların sayı artır, tıxac yaranır - Paşinyan həll yolunu göstərdi
-
Sosial11:54Cefri Verbokun keçmiş azərbaycanlı xanımı bu məşhur nəsildən imiş - FAKTLAR
-
Rəsmi xronika11:14Prezident İlham Əliyev Si Cinpini təbrik etdi
-
Elm və təhsil10:48İnsanlar üçün nümunə: Görün dalaşan meymunlar necə barışırlar
-
Sosial10:24Bu şəxslər maaşdan əlavə pul alacaq












.jpg)








.jpg)














