İran milli komandasının baş məşqçisi ABŞ-ı ittiham etdi
Bizi izləyin

İdman

İran milli komandasının baş məşqçisi ABŞ-ı ittiham etdi

İran milli komandasının baş məşqçisi ABŞ-ı ittiham etdi

İran milli komandasının baş məşqçisi Əmir Qalenoi 2026-cı il dünya çempionatına ev sahibliyi edən ABŞ-ı tənqid edib.

Bu gün, 27 iyun tarixində İran Misirlə heç-heçə etdi (1:1). Hazırda İran komandası qrupda 3 xalla üçüncü yerdədir və Dünya Kubokunun 1/32 final mərhələsinə vəsiqəsini müəyyən edəcək digər oyunların nəticələrini gözləməlidir.

Publika.az xəbər verir ki, “Telegraph” qəzeti Qalenoidən sitat gətirib:

“Bu gənclərin, bu oyunçuların etdikləri tarixə düşməlidir, çünki ev sahibi ölkə bizə son dərəcə ədalətsiz davrandı.

Əgər ev sahibi ölkə bizə iki həftə əvvəl gəlməyə icazə versəydi, daha yaxşı hazırlaşardıq. Bunlar ağlabatan və rasional tələblər idi. Biz daha yaxşı fiziki və zehni formada ola bilərdik. Lakin onlar bizi bu ədalətdən məhrum etdilər. Ticuanaya qayıtmalıyıq və bu, təxminən üç saat çəkəcək. Onların bizə qarşı davranışı həqiqətən dəhşətli idi və ümid edirik ki, bütün dünya bundan xəbər tutacaq”.

İranın əvvəlcə turnir zamanı Arizona ştatının Tuson şəhərində yerləşməsi planlaşdırılırdı, lakin ABŞ ilə İran arasında davam edən hərbi münaqişə səbəbindən baza düşərgəsi may ayının sonlarında Meksikanın Ticuana şəhərinə köçürdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm