İdman
UEFA ilə İnfantino arasında qarşıdurma: Futbolu sata bilməzsən
Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) Dünya Kuboku ilə bağlı kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planları ilə bağlı məlumatları pisləyən bəyanat yayıb.
Publika.az xəbər verir ki, təşkilatın paylaşımında deyilir:
“Futbolun ruhu və idarəçiliyi mübadilə edilə bilən bir əmtəə deyil. Heç bir qurum futbola sahib deyil və FİFA-nın onu satmaq hüququ yoxdur”.
Bəyanatda qeyd olunur ki, futbol və onun idarəçiliyi, xüsusən də maliyyə qazancları bəlli olmadığı zaman alınıb-satıla bilməz.
İyulun 28-də FİFA prezidenti Canni İnfantinonun turnirin idarəçiliyini ayrı bir şirkətə çevirməyi və səhmlərin təxminən 20-30 faizini investorlara satmağı düşündüyü məlum olub.
Alınan vəsaitin, digər məsələlərlə yanaşı, milli futbol assosiasiyalarına ödənişləri artırmaq üçün istifadə edilməsi planlaşdırılır. Hazırda hər bir FİFA üzvü ölkə təşkilatdan ildə təxminən 2 milyon dollar alır.
Müəllif: Tural
-
Magazin218:48Adriana Limanın yeni videosu izləyiciləri dəhşətə gətirdi - VİDEO
-
Avropa15:26Kimə nə qədər pul ayrılacağına Lyayen qərar verəcək - Aİ-də 2 trilyon avroluq qalmaqal
-
Region13:36Rusiyanın “qaz şantajı” – Paşinyan hansı ssenariləri nəzərdən keçirir?
-
Region13:18Ermənistanda maşınların sayı artır, tıxac yaranır - Paşinyan həll yolunu göstərdi
-
Sosial11:54Cefri Verbokun keçmiş azərbaycanlı xanımı bu məşhur nəsildən imiş - FAKTLAR
-
Rəsmi xronika11:14Prezident İlham Əliyev Si Cinpini təbrik etdi
-
Elm və təhsil10:48İnsanlar üçün nümunə: Görün dalaşan meymunlar necə barışırlar
-
Sosial10:24Bu şəxslər maaşdan əlavə pul alacaq















.jpg)




.jpg)














