Sosial
Xocavənddə bərpa işləri aparılır - 3775 nəfər doğma yurda qayıdıb
Xocavənd rayonunda Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən bərpa və yenidənqurma işləri davam edir.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva bildirib. Hazırda rayon üzrə 24 yaşayış məntəqəsində və Xocavənd şəhərində bərpa və əsaslı təmir işləri aparılır.
Artıq Xocavənd şəhəri, Hadrut və Qırmızı Bazar qəsəbələri, həmçinin Sos, Xanoba, Xocavənd, Quzeyxırman və Güneyxırman kəndlərinə sakinlərin mərhələli köçü təmin olunub. Hazırda həmin yaşayış məntəqələrində ümumilikdə 919 ailə, 3775 nəfər yaşayır.
Təranə Quliyeva qeyd edib ki, həyata keçirilən layihələr çərçivəsində yaşayış məntəqələrində müasir mühəndis-kommunikasiya infrastrukturu yaradılır, fərdi yaşayış evləri və sosial obyektlər inşa edilir.
Bu işlər keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və rahat şəkildə qayıdışının təmin olunmasına, eyni zamanda rayonun sosial-iqtisadi inkişafına xidmət edir.
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...


































.jpg)
