İdman
Cenk Sümer: "Neftçi"nin hədəfi çempion olmaqdır"
"Neftçi" növbəti mövsüm qarşısına çempionluq hədəfi qoyub.
Publika.az xəbər verir ki, bu barədə klubun baş icraçı direktoru Cenk Sümer jurnalistlərə açıqlamasında deyib.
Türkiyəli funksioner "ağ-qaralar"ın 2026/2027 mövsümündəki hədəflərindən söz açıb:
"Qarşımıza çempionluq məqsədi qoymuşuq. Klub dəyişiklikdən keçir. Təzə komanda qurmaq bir mövsümdə alınmır. Heyətə yeni oyunçular cəlb olunub. Axtarışlarımız davam edir. "Neftçi"nin 90-cı ilində çempion olmaq istəyirik. Avrokubokda da iddialıyıq. Çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Buna inanırıq".
C. Sümer ədalətli mövsüm keçməsini arzulayıb:
"Klublarımıza avrokuboklarda uğurlar arzulayıram. Biz təlim-məşq toplanışını başa vurmuşuq. Futbolçular çox sayda məşqlər ediblər. Yeni transferlərimiz də var. Yoxlama oyunlarında meydana çıxdılar. Baş məşqçimiz və futbolçular hər şeydən razıdırlar".
O, ötən mövsüm icarə əsasında heyətdə yer alan Freddi Varqası transfer etmək istədiklərini söyləyib:
"Varqası heyətə qatmaq istəyirik. Ötən mövsüm yaxşı təsir bağışlayıb. Danışıqlar davam edir. Müsbət yekunlaşacağına inanıram. Amma müqavilə imzalanmadan nəsə demək olmur".
Baş icraçı direktor avrokubokda Liqa mərhələsinə vəsiqə qazanmaq istədiklərini vurğulayıb:
"Liqa mərhələsinə vəsiqə qazanmaq niyyətindəyik. Amma asan deyil. Bütün komandaların məqsədləri var. Avrokuboklarda yaxşı nəticələrə nail olacağımıza inanıram".
Xatırladaq ki, "Neftçi" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) klubu ilə üz-üzə gələcək. Paytaxt təmsilçisi ilk matçını iyulun 22-də Bakıda keçirəcək. Cavab görüşü iyulun 30-da baş tutacaq.
-
İdman00:15"Qarabağ"dan gedən Abdullah Zubirlə bağlı YENİ XƏBƏR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Magazin18 Sentyabr 23:48Nuranın oğlu bu ölkədə təhsil alacaq
-
Hadisə8 Sentyabr 23:36“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI
-
Dünya8 Sentyabr 23:00BMT Trampın Aya dair iddialarına cavab verdi
-
Hadisə8 Sentyabr 21:24“Şəki yaylası”nda 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ
-
Avropa8 Sentyabr 20:24Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - FOTO
-
MDB8 Sentyabr 15:00Zelenski bəyan etdi: Bu iki məsələdə güzəştə hazırıq



















.jpg)


.jpg)





.png)




