Dünya
Tramp sarışın köməkçisi ilə qadağan olunmuş otaqda yaxalandı: Melaniya hərəkətə keçdi - FOTO
ABŞ prezidenti Donald Trampın xüsusi köməkçisi Natali Harpın prezidentlə həddindən artıq yaxın münasibəti Ağ Evdə qısqanclıq böhranına səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə İtaliyanın “Oggi” jurnalı məlumat yayıb.
Bildirilib ki, 35 yaşlı Harp Trampı demək olar ki, hər yerdə müşayiət edir, onun telefon danışıqlarını təşkil edir, yeni məlumatları prezidentə çatdırır və sosial media hesablarını idarə edir.
İddialara görə, Melaniya Tramp bir neçə həftə əvvəl Harpı gec saatlarda Ağ Evdə əməkdaşların girişinin qadağan olduğu ailəyə məxsus xüsusi ərazidə Trampla birlikdə sənədlər üzərində işləyərkən görüb. Bundan sonra birinci xanımın narazılığı daha da artıb.

Melaniyanın yaxın çevrəsinə “Artıq ondan bezmişəm” dediyi və Harpı Ağ Evdən uzaqlaşdırmaq üçün hərəkətə keçdiyi iddia olunur.
Qeyd olunur ki, Melaniya 2026-cı ilin əvvəlindən cəmi 8 tədbirdə iştirak etsə də, son bir ayda həyat yoldaşı ilə daha çox ictimaiyyət qarşısına çıxmağa başlayıb. Bu, onun Trampı Harpdan uzaq tutmaq və yanında olmaq cəhdi kimi qiymətləndirilir.
Harpın Trampın komandasında ona ən çox dəyər verən şəxslərdən biri olduğu bildirilir. Xüsusi köməkçinin illik maaşı isə 150 min dollardır.

İddialara görə, Harpın Trampa göndərdiyi mesajlardan birində “Mənim üçün vacib olan yeganə şey sənsən, səni heç vaxt məyus etməyəcəyəm” ifadələri yer alıb.
Müəllif: Roza
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq



































