İdman
Salahın transferi hələ dəqiqləşməyib - “Beşiktaş” prezidenti
Nüfuzlu türk jurnalistləri müxtəlif media xəbərlərinin əksinə olaraq, Məhəmməd Salahın “Beşiktaş”a keçidinin hələ də yekunlaşmadığını bildiriblər.
Publika.az xəbər verir ki, danışıqlar maliyyə problemləri səbəbindən çətinləşib.
Yağız Sabuncuoğlu “Facebook” səhifəsində yazıb: “Dünən gecə qeyd etdiyim kimi, Salahla maliyyə şərtləri ilə bağlı razılıq əldə edilib. Lakin oyunçunun əlavə tələbi səbəbindən müqavilə hələ imzalanmayıb. Salahın vəkili planlaşdırılan proqramının bir hissəsi olaraq Dubaya səfər edib. Tibbi müayinə və imzalanma prosesi başlasa, o, İstanbula qayıdacaq”.
Mən indicə “Beşiktaş” prezidenti Serdal Adalı ilə danışdım. Salahın transferi ilə bağlı dedi: “Transfer hələ dəqiqləşməyib. Transferin başa çatdığı xəbəri yayıldıqdan sonra agentlər rəqəmləri astronomik səviyyəyə qaldırmaq istəyərək dəyişdirdilər. Biz bunu qəbul etmədik. Danışıqlarımız davam edir. Biz Salahı çox sevirik və oyunçu ilə bütün məsələlərdə razılığa gəlmişik, amma hamıya bildirin: prioritetimiz “Beşiktaş”ın maraqlarıdır. Biz bu istiqamətdə irəliləyirik. Azarkeşlərimiz əmin olsunlar”, – Candaş Tolqa İşık sosial media səhifələrində yazıb.
Məhəmməd Salah “Liverpul”la müqaviləsi başa çatdıqdan sonra azad agentdir.
-
Hadisə23:36“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI
-
Dünya23:00BMT Trampın Aya dair iddialarına cavab verdi
-
Hadisə21:24“Şəki yaylası”nda 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ
-
Avropa20:24Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - FOTO
-
MDB15:00Zelenski bəyan etdi: Bu iki məsələdə güzəştə hazırıq
-
Elm və təhsil14:21Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
-
Sosial14:12Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar
-
Region13:18Paşinyan “Ukrayna dırmığı”nda dayanır – Moskvadan İrəvana növbəti xəbərdarlıq






















.jpg)


.jpg)





.png)




