İdman
Batrakov "Qalatasaray"a keçdiyini elan etdi
Moskva “Lokomotiv”inin futbolçusu Aleksey Batrakov Türkiyənin “Qalatasaray” klubuna keçdiyini bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə “Pervıy sport” məlumat yayıb.
Batrakov Rusiya Kuboku çərçivəsində “Rostov”la oyuna “Lokomotiv”lə birlikdə qatarla gəlib. Futbolçu azarkeşlərin yanına qalxaraq onlara transfer olunduğunu bildirib. Batrakov bütün ömrü boyu Çempionlar Liqasında oynamaq arzusunda olduğunu etiraf edib.
Batrakov “Lokomotiv” akademiyasının məzunudur. Ötən mövsümün yekunlarına görə o, 13 qol vuraraq Rusiya Premyer Liqasının ən yaxşı 3 bombardiri sırasına daxil olub. Oyunçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” 21 yaşlı futbolçunun dəyərini 25 milyon avro qiymətləndirir.
Rusiya çempionatının son mövsümündə “Lokomotiv” 53 xal toplayaraq üçüncü yeri tutub. Rusiya çempionu Sankt-Peterburqun “Zenit” klubu (68 xal) olub. İkinci yeri Peterburq klubundan bir xal geri qalan “Krasnodar” tutub. 21 yaşlı Batrakov 2025/26 mövsümündə “Lokomotiv”in heyətində 36 oyun keçirib, 17 qol vurub və 12 məhsuldar ötürmə verib. Rusiya çempionatının yeni mövsümünün startında o, dörd matçda iştirak edib və bu qarşılaşmalarda yalnız bir qola - “Orenburq”un qapısına vurulan qola imza atıb.
Hüseyn İbadlı
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj





























