İdman
“Beşiktaş” daha bir ulduzla danışıq aparır
“Real Betis”in cinah oyunçusu Antoni Türkiyənin “Beşiktaş” klubuna keçə bilər.
Publika.az xəbər verir ki, İstanbul klubu braziliyalı futbolçu ilə maraqlanır. Yeni məşqçi Vinçentso İtalyano 26 yaşlı futbolçunu heyət üçün vacib hesab edir və Antoni klubun transfer siyahısındadır. Bu barədə məlumatı insayder Ekrem Konur sosial mediada paylaşıb.
Mənbənin məlumatına görə, “Beşiktaş” Antoninin transferi üçün maliyyə tələblərini ödəməyə hazırdır. Danışıqlar oyunçunun hazırkı müqaviləsi ilə çətinləşsə də, klubun əzmkarlığı və məşqçi İtalyanonun etimadı müqavilənin bağlanmasına kömək edə bilər.
2025/2026 mövsümündə Antoni İspaniyanın “Betis” klubunda oynayıb və altı aylıq icarədən sonra “Mançester Yunayted”dən birdəfəlik transfer edilib.
Ötən mövsüm braziliyalı hücumçu Sevilya klubunda 32 La Liqa oyununda iştirak edib, səkkiz qol vurub və altı məhsuldar ötürmə edib.
Onun “Betis”lə müqaviləsi 2030-cu ilin yayına qədərdir və “Transfermarkt” futbolçunun bazar dəyərini 40 milyon avro qiymətləndirir.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj





























