İdman
Kokain istifadə edən tennis ulduzuna ağır cəza - FOTO
Tennisçi Nik Kirqios antidopinq qaydalarını pozduğu üçün müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb.
Publika.az xəbər verir ki, bunu Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) açıqlayıb.
Məlumata görə, 31 yaşlı avstraliyalı iyun ayında Malorkada keçirilən ATP turniri zamanı kokainin metaboliti olan benzoylekqoninə görə müsbət test verib. ITIA-nın məlumatına əsasən, Ümumdünya Antidopinq Agentliyinin (WADA) akkreditasiyasından keçmiş laboratoriya nəticəni iyulun 17-də təsdiqləyib.
Kirqios “Instagram” hesabında baş verənlərlə bağlı bütün məsuliyyəti öz üzərinə götürdüyünü yazıb: “Çox böyük səhv etdim. Azarkeşlərimdən, ailəmdən, sponsorlarımdan və mənə yaxın olan hər kəsdən üzr istəyirəm. Ən çox da məni izləyən uşaqlardan üzr istəyirəm”.
“Uimbldon”un keçmiş finalçısı avqustun 4-dən etibarən müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb. Qaydalara əsasən, o, bu qərardan apellyasiya şikayəti verə bilər. Lakin tennisçi indiyədək bu hüquqdan istifadə etməyib.
Kokain WADA-nın qadağan olunmuş maddələr siyahısında yer alır və yarış zamanı istifadəsi qadağandır. Yarışdan kənar vaxtda qəbul edildikdə isə sui-istifadə edilən maddələr üçün daha yüngül sanksiyalar tətbiq olunur.
Zədələrlə yadda qalan illəri geridə qoymağa çalışan Kirqios bu mövsüm ATP turunda cəmi dörd oyuna çıxıb. O, Malorkada ilk turda mübarizəni dayandırıb.
Avstraliyalı tennisçi bundan əvvəl dünya reytinqinin 1 nömrəsi Aryna Sabalenkoya qarşı keçirilən “Battle of the Sexes” qarşılaşması ilə də gündəmə gəlmişdi. Dubayda keçirilən görüşdə Kirqios iki setdə qalib gəlmişdi.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj






























