İdman
Gənc futbolçulara yatırım həm kubok, həm də milyonlar qazandırdı - Araşdırma
La Liqanın apardığı araşdırma gənc futbolçuların yetişdirilməsinə uzunmüddətli investisiyanın İspaniya futboluna həm idman, həm də iqtisadi baxımdan böyük fayda verdiyini ortaya qoyub.
Publika.az xəbər verir ki, araşdırmaya əsasən, İspaniyanın kişi və qadın milli komandaları, eləcə də aşağı yaş qrupları son 10 ildə beynəlxalq turnirlərdə ümumilikdə 23 kubok qazanıb. Bu göstərici ilə İspaniya Avropanın ən uğurlu milli futbol sistemi kimi önə çıxır. Almaniya 9, İngiltərə 7, Fransa və Portuqaliya isə 6 kubokla onu izləyir.
La Liqanın məlumatına görə, 2026-cı il dünya çempionu olan İspaniya millisinin 26 futbolçusundan 25-i peşəkar səviyyəyə çatmazdan əvvəl akademiya sistemindən keçib. Komandanın formalaşmasına 11 La Liqa klubunun akademiyası birbaşa töhfə verib.
Bu futbolçulardan sonradan başqa klublara transfer olunanların yetişdirilməsində iştirak edən klublar onların keçidlərindən 466 milyon avrodan çox gəlir əldə edib. Bu məbləğə təlim haqları və digər mümkün kompensasiyalar daxil deyil.
Hazırda yetişdikləri klublarda çıxış edən 9 dünya çempionunun isə ümumi bazar və idman dəyərinin təxminən 545 milyon avro olduğu hesablanır. Bu da həmin klublara bahalı transferlərə ehtiyacı azaltmaqla yanaşı, böyük maliyyə üstünlüyü qazandırır.
2025/26 mövsümündə La Liqa akademiya məzunlarına verilən oyun vaxtının payına görə Avropanın beş böyük liqası arasında birinci olub. İspaniyada bütün oyun dəqiqələrinin 20,1 faizi klubların öz akademiyalarından yetişən futbolçulara məxsus olub.
Bu göstərici Fransada 16,1, Almaniyada 11,9, İngiltərədə 8,3, İtaliyada isə 7,6 faiz təşkil edib.
İspaniyada bəzi klublar akademiya yetirmələrinə xüsusilə böyük üstünlük verib. Athletic Bilbao-da oyun dəqiqələrinin 69,5 faizi, Real Sociedad-da 55,2 faizi, “Barselona”da 47,5 faizi, Celta Viqoda 43,1 faizi akademiya məzunlarının payına düşüb.
Valensiya və Real Madrid də müvafiq olaraq 23,8 və 23,1 faiz göstərici ilə diqqət çəkib.
İkinci liqada da oxşar tendensiya müşahidə olunub. La Liqaya yüksələn Malaga, Racing və Deportivo klubları öz akademiyalarından yetişən futbolçulara ən çox oyun vaxtı verən komandalar arasında yer alıb.
Araşdırma göstərir ki, gənc futbolçuların inkişafına yatırım yalnız milli komandaların uğuruna deyil, klubların transfer gəlirlərinə və uzunmüddətli rəqabət qabiliyyətinə də ciddi təsir göstərir. La Liqa bu modelin gələcəkdə də davam etdirilməsini və digər ölkələrdə tətbiq olunmasını hədəfləyir.
-
İdman20:48Gənc futbolçulara yatırım həm kubok, həm də milyonlar qazandırdı - Araşdırma
-
Dünya19:40Tehran Avropadakı ABŞ bazalarını vurmağa hazırlaşır... - NATO-dan reaksiya
-
İKT19:30Bunu etsəniz, məlumatlarınız kiberdələduzların əlinə keçəcək - Gizli təhlükə
-
Sosial18:10Bakıda “İbrahim Tatlışiş”də kabab at ətindən bişirilirmiş - Foto
-
Region17:06Rusiya-Gürcüstan sərhədində sıxlıq: 20 min nəfər növbə gözləyir
-
Sosial14:40"Telegram" bir gündə 100 mindən çox kanal və qrupu blokladı
-
Region13:17İranla ən çox ticarət edən 20 ölkə: Azərbaycan görün neçəncidir - SİYAHI
-
Rəsmi xronika12:57Prezident balaca Gülərin arzusunu belə reallaşdırdı - VİDEO















.jpg)





















