İdman
Çempionlar Liqası: "Sabah" "Hapoel"ə uduzdu - Yeniləndi
"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.
Publika.az xəbər verir ki, Bakı klubu İsrail təmsilçisi "Hapoel"lə (Beer-Şeva) qarşılaşıb.
Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionunda təşkil olunan görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, cavab oyunu avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Hapoel" (Beer-Şeva, İsrail) - "Sabah" oyunu başlayıb.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Rumıniyanın paytaxtı Buxarestdə üz-üzə gələcək İsrailin "Hapoel" (Beer-Şeva) və Azərbaycanın "Sabah" komandalarının start heyətləri açıqlanıb.
Publika.az xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçda meydana aşağıdakı “11”lərlə çıxacaqlar:
"Hapoel": 1. Ofir Marsiano, 2. Qay Mizrahi, 4. Migel Vitor, 5. Pedro Amador, 12. İtay Rotman, 7. Eliel Peretz, 25. Lukas Ventura, 28. Niv Yehoşua, 9. Zahi Ahmed, 66. İqor Zlatanoviç, 20. Ceyvon İst;
Baş məşqçi: Ran Kojux.
“Sabah”: 92. Stas Pokatilov, 3. Stiv Solve, 5. Rəhman Daşdəmirov, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 34. Ksander Severina;
Baş məşqçi: Valdas Dambrauskas.
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 21 Oktyabr 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
































