İdman
Həkimdən açıqlama: Camal Musiala ömürboyu müalicə oluna bilər
“Bavariya”nın ulduzu Camal Musiala son vaxtlar yaşadığı iki qəfil yıxılmadan sonra absans epilepsiyasından əziyyət çəkdiyini açıqlayıb. Alman nevroloq Regina Bekker futbolçunun vəziyyətinin nə demək olduğunu və bundan sonrakı müalicə prosesini izah edib.
Publika.az xəbər verir ki, mütəxəssis Musialanın meydanda qəfil yerə yıxılmasının görüntülərini ilk dəfə izləyəndə bunun epileptik tutma ola biləcəyini düşündüyünü bildirib. Onun sözlərinə görə, absans epilepsiyası zamanı beynin müəyyən nahiyələri arasında normal əlaqə müvəqqəti pozulur və insan ətrafda baş verənləri qısa müddət ərzində dərk edə bilmir.
Belə tutmalar adətən qəfil başlayır. İnsan əvvəlcədən heç nə hiss etməyə, hətta tutmanın özünü belə xatırlamamağa bilər. Bir neçə saniyə sonra isə sanki heç nə baş verməyibmiş kimi fəaliyyətini davam etdirə bilər.
Bekker bildirib ki, absans epilepsiyasının klassik forması əsasən 4-10 yaş arasında başlayır. Lakin xəstəliyin daha gec yaşlarda üzə çıxan formaları da mövcuddur. 23 yaşında diaqnoz qoyulması gec hesab olunsa da, bu, mümkündür.
Nevroloqun sözlərinə görə, genetik meyllilik varsa, yüksək temperatur, susuzlaşma və stress tutmaların tezləşməsinə, hətta ilk dəfə meydana çıxmasına səbəb ola bilər.
Musialanın təxminən bir il əvvəl keçirdiyi fibula sınığının isə bu vəziyyətlə əlaqəli olmadığı vurğulanıb.
Həkim absans epilepsiyasının yaxşı müalicə oluna bildiyini və xəstələrin əksəriyyətinin dərmanlar sayəsində tamamilə tutmalardan azad olduğunu bildirib.
Müalicədə məqsəd beyində sinir hüceyrələrinin nəzarətsiz aktivliyinin qarşısını almaqdır. Dərmanlar adətən hər gün qəbul edilir və onların qanda lazımi səviyyəyə çatması üçün müəyyən müddət tələb olunur. Bu dövrdə həkim nəzarəti və dozanın uyğunlaşdırılması vacibdir.
Mütəxəssis qeyd edib ki, müalicənin müddəti insandan-insana dəyişir. Bəzi xəstələr illər sonra dərmansız da tutmasız qala bilər. Lakin xəstəlik yetkin yaşda başlayıbsa, ömürboyu müalicə ehtiyacı yarana bilər.
Bekker “Bavariya”in futbolçusunun peşəkar karyerasını davam etdirməsinə tibbi baxımdan ciddi maneə görmədiyini deyib. Bununla belə, dərman müalicəsinin yeni başladığı və orqanizmin uyğunlaşdığı dövrdə futbolçunun məşq və oyun tempini müəyyən qədər azaltmasının məqsədəuyğun ola biləcəyini bildirib.
Həkimin sözlərinə görə, yüksək temperatur və sürətli nəfəsalma kimi amillər yeni tutmanı tətikləyə bilər. Buna görə Musialanın meydanda yaşadığı hadisələrdən sonra dərhal oyundan çıxarılması peşəkar idmanda təhlükəsizlik baxımından vacibdir.
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 21 Oktyabr 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
































