İdman
“Neftçi”nin transferi baş tutmadı - FOTO
“Neftçi”nin transfer etmək istədiyi Sebastian Mailatın keçidi baş tutmayıb.
Publika.az xəbər verir ki, Rumıniyanın “Botoşani” klubunun sahibi Valeriu İftime açıqlamasında 28 yaşlı vingerin komandada qalacağını bildirib.
Onun sözlərinə görə, futbolçunun Azərbaycana transferi ilə bağlı təklif artıq qüvvədə deyil və Mailat “Botoşani”də qalmağa qərar verib.
Bundan əvvəl Rumıniya mətbuatında “Neftçi” ilə “Botoşani” arasında anlaşmanın əldə edildiyi və keçidin təxminən 400 min avro qarşılığında reallaşacağı barədə məlumat yayılmışdı. Mailat özü də klubların razılığa gəldiyini və transferlə bağlı son qərarın ona aid olduğunu açıqlamışdı.
Lakin sonradan danışıqlar nəticəsiz qalıb. İftime futbolçunun “Botoşani” ilə müqaviləsini uzatmağa hazırlaşdığını açıqlayıb.
Mailat 2025-ci ilin yayından “Botoşani”nin formasını geyinir. O, bu müddətdə komandanın əsas hücum silahlarından birinə çevrilib.
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 21 Oktyabr 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
































