İdman
Bu ölkə də İnfantinoya qarşı çıxdı
Macarıstan Futbol Federasiyasının rəhbəri, FİFA Şurasının səkkiz vitse-prezidentindən biri olan Şandor Çani təşkilatın prezidenti Canni İnfantinoya qarşı çıxıb.
Publika.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Şandor İnfantinoya məktub göndərərək FİFA prezidentinin peşəkar səriştəsini, etik standartlarını və liderlik keyfiyyətlərini tənqid edərək bildirib ki, o, əvvəllər ona göstərilən etimadı itirib.
Çani, İnfantinonun Dünya Kuboku hüquqlarının bir hissəsini özəl investorlara satmaq planlarını tənqid edən FİFA-nın baş əməliyyat direktoru Kevin Lamurun işdən çıxarılmasını son damla kimi göstərib.
“FİFA-ya uğurla və effektiv şəkildə rəhbərlik etmək qabiliyyətinizə inamım sarsıldı”, – deyə Çani vurğulayıb.
İnfantinonun Dünya Kubokunun kommersiya hüquqlarına özəl investorları cəlb etmək planının uğursuzluğu ilə bağlı münaqişə fonunda getdikcə daha çox futbol təşkilatı hazırkı FİFA prezidentindən uzaqlaşır.
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 21 Oktyabr 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
































