İdman
Əliyar Ağayev Mahir Emrelinin komandasının oyununa təyinat aldı
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
Publika.az xəbər verir ki, o, Konfrans Liqasının pley-off mərhələsində Polşanın “Rakuv” və Xorvatiyanın “Hayduk” komandaları arasında keçiriləcək cavab matçının baş hakimi olacaq.
Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv”un ev oyununda Əliyara yan xəttdə digər həmyerlilərimiz Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Avstriyalı Alan Kijas VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, görüş avqustun 27-də Polşada keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Tərəflər arasında ilk matçda 2:2 hesablı bərabərlik qeydə alınıb. Millimizin hücumçusu Mahir Emreli də həmin oyunda fərqlənib.
-
Magazin213:00Məşhur modelin alt paltarında poza verməsi gündəm oldu - FOTO
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
Magazin212:26Xalq artisti ölümdən son anda döndü - FOTO
-
MDB11:17Rusiya ordusu: Lokomotivləri məhv etdik
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu



















.png)















