“Fənərbağça”da İsmayıl Kartala sərt tapşırıq
Bizi izləyin

İdman

“Fənərbağça”da İsmayıl Kartala sərt tapşırıq

“Fənərbağça”da İsmayıl Kartala sərt tapşırıq

“Fənərbağça”da Roma ilə oyundan sonra yaranan böhran baş məşqçi İsmayıl Kartalın komandaya qayıtması ilə səngiyib. İstefa qərarı verən təcrübəli mütəxəssis rəhbərliyin müdaxiləsindən sonra fəaliyyətini davam etdirmək barədə razılığa gəlib.

Publika.az xəbər verir ki, “Fənərbağça” rəhbərliyinin Kartala dəstək verdiyi və məşqçinin komandadakı mövqeyini qoruduğu bildirilir.

Kartalın “bir daha qayıtmamaq şərtilə istefa verdim” açıqlaması klub daxilində ciddi narahatlıq yaradıb. Lakin prezident Əziz Yıldırımın mütəxəssislə görüşündən sonra vəziyyət dəyişib. Yıldırımın “İsmayıl Kartal mən prezident olduğum müddətdə komandada qalacaq” sözləri baş məşqçinin gələcəyi ilə bağlı sualları aradan qaldırıb.

Kartal əvvəlki məşqə çıxmasa da, klub daha sonra onun vəzifəsinin başında olduğunu rəsmən açıqlayıb. Təcrübəli çalışdırıcı “Qaziantep FK” ilə oyuna hazırlıq məşqində komandanın başında olub. Klubun paylaşdığı görüntülərdə həm Kartalın, həm də futbolçuların əhvalının yüksək olduğu diqqət çəkib.

İsmayıl Kartalın komandada qalmasında Əziz Yıldırım və idarə heyətinin üzvlərinin mövqeyinin mühüm rol oynadığı qeyd edilir.

Rəhbərliyin məşqçi ilə görüş zamanı onun üzləşdiyi problemləri bildiyini və bu məsələlərə görə ona dəstək verəcəyini söylədiyi bildirilir. Yönəticilərin Kartala əsas diqqəti işinə yönəltməyi və əvvəlki hadisələri geridə qoymağı tövsiyə etdiyi vurğulanıb.

Xüsusilə sosial media ilə bağlı baş məşqçiyə konkret mesaj verildiyi qeyd olunur. Rəhbərlik Kartala **“Tənqidlərə qulaq asma, işini davam etdir. Keçmişi bir kənara qoy və sosial media ilə əlaqəni tamamilə kəs”** deyib.

Məlumata görə, görüş zamanı Kartal onu istefa qərarına gətirib çıxaran problemləri ətraflı şəkildə rəhbərliyə çatdırıb. Klub rəhbərləri isə mütəxəssisə tam dəstək veriləcəyini və imkanlar daxilində onun bütün tələblərinin yerinə yetiriləcəyini bildiriblər.

“Fənərbağça” bu gün “Qaziantep FK” ilə matça hazırlığı yekunlaşdıracaq. Daha sonra komandanın Qaziantepə yollanacağı və futbolçuların azarkeşlər tərəfindən xüsusi qarşılanacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm