İdman
Maldininin narkotik testi müsbət çıxıb? - “Kalyari” bəyanat yaydı
“Kalyari” hücumçusu Daniel Maldininin avtomobil qəzasından sonra alkoqol və narkotik testlərindən keçməməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Publika.az xəbər verir ki, daha əvvəl “Milan”ın keçmiş oyunçusu Paolo Maldininin oğlunun Milanda avtomobil qəzasına düşdüyü və alkotester testindən keçə bilmədiyi bildirilmişdi. Qəza nəticəsində altı nəfər xəsarət alıb. Bir zərərçəkənə hadisə yerində tibbi yardım göstərilib, digər beş nəfər isə xəstəxanaya aparılıb.
“Kalyari” klubu son saatlarda İtaliya mediasında yayılan xəbərlərdən sonra Daniel Maldininin toksikoloji testlərdən keçdiyini açıqlayıb. Bütün testlərin cavabı mənfi çıxıb.
” Football Italia”nın “Kalyari”dən sitat gətirdiyi məlumata görə, oyunçu komandaya qayıdacaq və qarşıdakı oyundan əvvəl məşqlərə qoşulacaq.
Xatırladaq ki, 25 yaşlı Maldini 12 sentyabr şənbə günü İtaliya çempionatının səfər matçında komandasının qələbə qolunu vuraraq “Atalanta”ya (2:1) qalib gəlməsinə kömək etmişdi.
“Kalyari”nin növbəti oyunu sentyabrın 19-da səfərdə “Udineze” ilə olacaq.
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
















.png)

















