Messi 500 milyon avroluq təklifdən niyə imtina edib?
Bizi izləyin

İdman

Messi 500 milyon avroluq təklifdən niyə imtina edib?

Messi 500 milyon avroluq təklifdən niyə imtina edib?

“İnter”in sabiq prezidenti Massimo Moratti 2012-ci ildə Lionel Messini komandaya transfer etmək üçün etdiyi 500 milyon avroluq təkliflə bağlı diqqətçəkən açıqlama verib.

Publika.az xəbər verir ki, Morattinin sözlərinə görə, həmin dövrdə “Barselona”nın formasını geyinən argentinalı ulduzu İtaliya klubuna gətirmək üçün fantastik məbləğ təklif olunub. Lakin Messi danışıqların başlanmasına belə imkan verməyib.

Moratti bildirib ki, həmin vaxt “İnter”in vitse-prezidentini Barselonaya göndərərək Messi ilə əlaqə yaratmağa çalışıb. Lakin futbolçu təklifin məbləğini öyrənməyə belə maraq göstərməyib.

“2012-ci ildə bir dəlilik etdim və Messiyə 500 milyon avroluq təklif verdim. Həmin il üçün bu rəqəm inanılmaz idi. “İnter”in vitse-prezidentini görüş üçün Barselonaya göndərdim. Lakin Messi məktubu belə açmadı və təklifin nə qədər olduğunu öyrənmədi. Detalları bilmədən rədd etdi”, deyə Moratti deyib.

Sabiq prezident daha sonra Messi ilə şəxsən əlaqə yarada bildiyini və futbolçunun mövqeyinin dəyişmədiyini söyləyib. Onun sözlərinə görə, argentinalı ulduz “Barselona”da qalmaq və karyerasını məhz həmin klubda başa vurmaq istədiyini bildirib.

Lakin Messi bu arzusunu reallaşdıra bilməyib. “Barselona”nın maliyyə problemləri səbəbindən tərəflər 2021-ci ildə müqaviləni yeniləyə bilməyib və futbolçu azad agent kimi PSJ-yə keçib. Daha sonra isə “İnter Mayami”nin heyətinə qoşulub.

Messi uzun illər “Barselona”nın əsas siması olub. Klubda Luis Suares və Neymarla birlikdə hücum üçlüyü təşkil edən argentinalı futbolçu 2015-ci ildə Çempionlar Liqası da daxil olmaqla çoxsaylı titullar qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm