İdman
Bal ayına getdi, milli komdandaya çağırılmadı
“Bavariya”nın və Kanada millisinin kapitanı Alfonso Davyes qarşıdakı beynəlxalq oyunlar üçün milli komandanın heyətinə daxil edilməyib. Buna səbəb futbolçunun həyat yoldaşı ilə bal ayına çıxmasıdır.
Publika.az xəbər verir ki, Kanada Futbol Federasiyası Davyesin heyətə çağırılmadığını rəsmi şəkildə açıqlayıb. 25 yaşlı futbolçu iyulun 23-də Parisdə Şeyenne Jen ilə ailə həyatı qurub və cütlük toy mərasimindən sonra birlikdə səyahət etməyi planlaşdırır.
Kanada millisinin baş məşqçisi Cesse Marş bildirib ki, qərar futbolçu ilə qarşılıqlı razılaşma əsasında qəbul edilib. Onun sözlərinə görə, Davyesin bal ayının bir hissəsini milli komandanın düşərgəsində keçirməsi variantı müzakirə olunub, lakin futbolçunun əvvəlcə istirahət etməsinin daha məqsədəuyğun olduğu qənaətinə gəlinib.
“Onun əvvəlcə bal ayından zövq almasının, daha sonra isə fiziki hazırlığı və formasını qorumağa davam etməsinin vacib olduğunu düşündüm”, - deyə baş məşqçi bildirib.
Davyes son dövrdə zədələrlə bağlı ciddi problemlər yaşayıb. O, 2025-ci ilin əvvəlində Kanada millisinin oyunlarından birində çarpaz bağlarından zədə alıb və təxminən doqquz ay yaşıl meydanlardan uzaq qalıb. Daha sonra əzələ zədəsi səbəbindən “Bavariya”nın ötən mövsümünün son bölümünü də buraxıb.
Futbolçu ev sahibi olduğu dünya çempionatında Kanada millisinin heyətində cəmi 16 dəqiqə meydanda olub. Hazırda isə Davyes yenidən optimal formasını bərpa etməyə başlayıb. O, “Bodo-Qlimt”lə 5:0 hesablı oyunda komandasının qollarından birinə imza atıb.
Kanada millisinin baş məşqçisi futbolçunun hazırkı vəziyyətindən razı olduğunu bildirib və onun qarşıdakı vacib oyunlara tam hazır olmasını istədiklərini vurğulayıb.
Davyesin milli komandaya qayıdışının oktyabrda baş tutacağı gözlənilir. Kanada sentyabrın sonunda Çili ilə, daha sonra isə Peru və ABŞ ilə yoldaşlıq oyunları keçirəcək.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin220 Oktyabr 14:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO













.jpg)




.jpg)













