İdman
“Sabah”la oyunda het-trik etdi, PSJ və “Real”ın transfer siyahısına düşdü
Avropanın nəhəng klubları “Mançester Yunayted”in 15 yaşlı futbolçusu JJ Qabrielin transferi üçün hərəkətə keçib. “Kiçik Messi” ləqəbi ilə tanınan gənc istedadın İngiltərə klubundan ayrılmaq istəyi transfer gündəmini zəbt edib.
Publika.az xəbər verir ki, Qabriel “Mançester Yunayted” akademiyasının ən perspektivli futbolçularından biri hesab olunur. O, UEFA Gənclər Liqasında Azərbaycanın “Sabah” klubuna qarşı matçda het-trik edib. Bundan başqa, yayda Stokholmda “Atletiko Madrid”ə qarşı keçirilən hazırlıq oyununda meydana çıxaraq “Mançester Yunayted” tarixində əsas komandanın formasını geyinən ən gənc futbolçu olub.
Klub gənc oyunçunu itirmək niyyətində deyil və onunla müqaviləni yeniləməyə çalışır. Qabrielin hazırkı sözləşməsi daha bir il qüvvədədir. “The Athletic”in məlumatına görə, rəhbərlik futbolçunun komandadan asanlıqla ayrılmasına razı deyil və onu qərarından daşındırmağa çalışır.
Bununla belə, Qabrielin oktyabrın 6-da 16 yaşı tamam olduqdan sonra vəziyyətin dəyişə biləcəyi bildirilir. İngiltərə qanunvericiliyinə əsasən, müəyyən şərtlər daxilində 16 yaşlı futbolçunun ölkədən ayrılmasına imkan yarana bilər. Qabrielin atası İrlandiya millisində çıxış edib, anasının isə Kipr mənşəli olduğu qeyd olunur.
Gənc futbolçuya Avropanın bir sıra aparıcı klublarının maraq göstərdiyi bildirilir. “Çelsi”, “Bavariya”, “Real Madrid” və “Barselona”nın onun vəziyyətini izlədiyi, PSJ-nin isə transfer uğrunda mübarizəyə ciddi şəkildə qoşulduğu vurğulanır.
Məlumata görə, “Real Madrid” Qabriel üçün xüsusi plan hazırlayıb. Madrid klubu onu “Kastilya” komandasına cəlb etməyi düşünür. Gənc futbolçunun da İspaniya nəhənginə keçmək variantına müsbət yanaşdığı iddia olunur.
PSJ isə son illərdə gənc və perspektivli futbolçuların inkişafına xüsusi diqqət ayırır. Buna görə Paris klubunun da Qabriel uğrunda mübarizədə fəal olduğu bildirilir.
Hazırda JJ Qabrielin gələcəyi ilə bağlı yekun qərar verilməyib. “Mançester Yunayted” onu komandada saxlamağa çalışsa da, futbolçuya maraq göstərən klubların sayı vəziyyəti daha da mürəkkəbləşdirir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin220 Oktyabr 14:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO













.jpg)




.jpg)













