İdman
İspaniyanın De la Fuente ilə bağlı planı açıqlandı
İspaniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Luis de la Fuentenin müqaviləsini uzatmağa hazırlaşır.
Publika.az xəbər verir ki, federasiya 2030-cu ilə qədər nəzərdə tutulan yeni müqavilə ilə yanaşı, 65 yaşlı mütəxəssisin maaşını da əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.
“Cadena SER”in məlumatına görə, De la Fuentenin yeni müqaviləsi onu milli komandalar arasında dünyanın ən çox qazanan beş baş məşqçisi sırasına daxil edəcək. Onun mövsümlük ümumi gəlirinin 4-5 milyon avro arasında olacağı bildirilir.
Məlumata əsasən, yeni müqavilə üzrə danışıqlar avqust ayında başlayıb. Razılaşmanın bəzi maliyyə detalları üzərində hələ də iş aparılır və yekun anlaşmanın yaxın günlərdə rəsmən açıqlanması gözlənilir.
De la Fuente həmçinin məşqçilər korpusunun üzvlərinin maaşlarının artırılmasını da federasiyadan tələb edib.
Hazırda milli komandalar üzrə ən yüksək maaş alan məşqçilər arasında Braziliyanın baş məşqçisi Karlo Ançelotti, ABŞ millisinin çalışdırıcısı Maurisio Poçettino, İngiltərə yığmasının baş məşqçisi Tomas Tuxel, Portuqaliya millisinin çalışdırıcısı Roberto Martines, Özbəkistanın baş məşqçisi Fabio Kannavaro və Fransa yığmasının çalışdırıcısı Zinəddin Zidanın adı çəkilir.
Bildirilir ki, De la Fuentenin yeni maaşı Ançelotti və Tuxelin qazancı səviyyəsinə çatmayacaq. Buna baxmayaraq, ispan mütəxəssis ən yüksək ödəniş alan milli komanda məşqçilərindən biri olacaq.
De la Fuente 2022-ci ildə İspaniya millisinin baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda UEFA Millətlər Liqası və Avropa çempionatında qalib gəlib. İspaniyanın son olaraq dünya çempionatında da uğur qazanması mütəxəssisin mövqeyini daha da möhkəmləndirib.
Yeni müqavilənin De la Fuentenin 2030-cu ildə İspaniyada keçiriləcək dünya çempionatında milli komandaya rəhbərlik etməsini də nəzərdə tutduğu bildirilir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin220 Oktyabr 14:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO













.jpg)




.jpg)













