İdman
Alonso “Çelsi”nin yeni sahibi haqda: Madridə o gəlmişdi
“Çelsi”nin baş məşqçisi Xabi Alonso klubun sahibinin dəyişməsi ilə bağlı danışıb.
London komandasının həmsahibləri Todd Bouli və Mark Volter səhmlərini əvvəllər klubun 60%-dən çoxuna sahib olan “Clearlake”ə satıblar.
Təsisçiləri Behdad Eqbali və Jose Felikiano tərəfindən təmsil olunan “Clearlake” artıq klubun tam nəzarətinə malikdir. Bouli, həmçinin klubun sədri vəzifəsindən istefa verib. Bildirilir ki, klubun hazırkı əməliyyatlarında, idarəetmə heyətində və ya strategiyasında heç bir dəyişiklik olmayacaq.
Publika.az xəbər verir ki, Alonso bu haqda İngiltərə mətbuatına danışıb:
“Düşünürəm ki, bu, klub üçün vacib bir gündür, çünki klubun strukturunda ciddi dəyişikliklər baş verir və yeni sahibi peyda olur.
Keçmiş sahiblərinə etdiklərinə görə təşəkkür edirəm. Mən orada deyildim, amma bilirəm ki, onlar böyük rol oynayıblar. İndi isə Behdad daha böyük və ya demək olar ki, tam nəzarəti öz üzərinə götürdüyü üçün kimin məsul olduğunu bilmək yaxşıdır.
Behdadla çox yaxşı münasibətlərim var. Klubun layihəsini mənə izah etmək və məni inandırmaq üçün Madridə gələn o idi və biz birlikdə yaxşı işləyirik. Qeyd etdiyim kimi, komanda baxımından layihənin birinci mərhələsini başa vurduq. Bu yaxşıdır və indi birlikdə irəliləyirik”.
Müəllif: Tural
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin220 Oktyabr 14:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO













.jpg)




.jpg)













