İdman
Saxta COVID-19 sertifikatlarına görə 5 ilədək həbs edilə bilər - Premyer Liqa ulduzuna qarşı şok ittiham
İsveçrə millisinin kapitanı və “Sanderlend” klubunun yarımmüdafiəçisi Qranit Xaka saxta COVID-19 sertifikatları əldə etdiyi iddiası ilə İsveçrə hakimiyyətinin başlatdığı araşdırmadan sonra ciddi hüquqi problemlə üzləşib. Futbolçu bu ittihamlar üzrə 5 ilədək həbs cəzası riski ilə qarşı-qarşıyadır.
Publika.az xəbər verir ki, Fransanın “Foot Mercato” saytının məlumatına görə, Luzern Baş Prokurorluğu məsələ ilə bağlı araşdırmaya başlayıb. Cakanın oktyabrın əvvəlində hakimiyyət orqanları qarşısında dindiriləcəyi gözlənilir.
Bu hadisələr 33 yaşlı Cakanın İsveçrə millisinin aparıcı futbolçularından biri olduğu və İngiltərə Premyer Liqasında uzunmüddətli karyerası ilə Avropa futbolunun tanınmış simalarından birinə çevrildiyi bir vaxtda baş verib.
İttihamların ciddiliyinə baxmayaraq, təqsiri sübuta yetirilənədək Caka təqsirsiz sayılır. İş üzrə nəzərdə tutulan mümkün cəza isə 5 ilədək həbsdir.
İsveçrə millisinin kapitanı son oyunlarından birinin ardından araşdırma ilə bağlı açıqlama verməkdən imtina edib və yalnız bunları deyib: “”Bu barədə heç bir şərhim yoxdur. Bu gün futbol oynadım və hazırda mənim üçün vacib olan budur. Qətiyyən heç nə yoxdur. Daha pis vəziyyətlərdən keçmişəm”.
İş üzrə növbəti hüquqi addımlar dəqiqləşdirilməzdən əvvəl Cakanın İsveçrə hakimiyyəti qarşısında dindirilməsi gözlənilir.
-
İdman20:45Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyunu başladı - YENİLƏNİR
-
İdman20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq























.jpg)


.jpg)






