Türkiyə millisi Sergen Yalçınla ilk oyununda uduzdu
Bizi izləyin

İdman

Türkiyə millisi Sergen Yalçınla ilk oyununda uduzdu

Türkiyə millisi Sergen Yalçınla ilk oyununda uduzdu

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib.

Publika.az xəbər verir ki, A Liqasının 1-ci qrupunda yer alan Türkiyə millisi Belçika ilə qarşılaşıb.

İzmir şəhərindəki Gürsel Aksel stadionunda keçirilən görüş Belçika yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyə millisinin heyətində Arda Güler fərqlənib. Belçika yığmasından isə Kevin De Bruyne və Şarl De Ketelare qollara imza atıblar.

Qeyd edək ki, bu gün qrupun digər görüşündə İtaliya millisi Fransa yığmasını qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm