Sosial
Məclis.info saytının rəhbərinə ağır cəza verildi
“Məclis.info” saytının rəhbəri İmran Əliyev və onunla birgə ittiham olunan ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın məhkəmə istintaqı başa çatıb.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub.
Hökmə əsasən İmran Əliyev 10, Elgiz Qəhrəman 9 il azadlıqdan məhrum edilib. Tamella Musayevaya isə 4 il sınaq müddəti olmaqla 8 il şərti cəza verilib. Bu günə qədər azadlıqda olan Elgiz Qəhrəman məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, təqsirləndirilənlər Cinayət Məcəlləsinin 8 maddəsi ilə – 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər.
-
Sosial20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi
-
ABŞ19:00Ağ Evin yaxınlığında atışma - Yaralılar var
-
Rəsmi xronika16:41İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
-
Nida Xəbər 15:53Teymur Musayevə yeni vəzifə verildi
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO





































