Sensasion variant: Bu ölkə Qvardiolanı futbola qaytara biləcək?
Bizi izləyin

İdman

Sensasion variant: Bu ölkə Qvardiolanı futbola qaytara biləcək?

Sensasion variant: Bu ölkə Qvardiolanı futbola qaytara biləcək?

“Mançester Yunayted” baş məşqçi dəyişikliyinə hazırlaşır.Maykl Kerrikin yaxın günlərdə istefa verəcəyi və Maurisio Poçettinonun onun yerinə keçəcəyi gözlənilir.

Argentinalı mütəxəssis “Old Trafford”a getmək üçün ABŞ millisinin baş məşqçisi vəzifəsindən ayrılacaq.

Publika.az xəbər verir ki, əgər hər şey bu istiqamətdə gedərsə, amerikalılar məşqçi vəzifəsinə Xosep Qvardiolanı gətirməyə çalışacaqlar. Bu barədə “The Athletic” məlumat yayıb.

Lakin danışıqlar çətin olacaq, çünki Qvardiola son vaxtlar məşqçiliyə qayıtmaqda az maraqlı olduğunu bildirib. “Mançester Siti”dən ayrıldıqdan sonra Pep fasilə vermək qərarına gəlib. Qvardiola əvvəllər İtaliya millisini çalışdırmaqdan imtina etmişdi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm