“Gəlinin rəfiqəsi” – "Yunayted”in əfsanəsi Poçettina haqda
Bizi izləyin

İdman

“Gəlinin rəfiqəsi” – "Yunayted”in əfsanəsi Poçettina haqda

“Gəlinin rəfiqəsi” – "Yunayted”in əfsanəsi Poçettina haqda

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Skoulz Maurisio Poçettinonun “Mançester Yunayted”in baş məşqçisi təyinatı ilə bağlı danışıb.

Publika.az xəbər verir ki, Skoulz “The Good, The Bad & The Football” podkastında bildirib:

“Maurisio Poçettino əla məşqçidir. O, “Mançester Yunayted” kimi böyük bir klubu idarə etmək üçün lazımi səlahiyyətə malikdir. Onun gənc oyunçularla işləmək təcrübəsi var və “Yunayted” hazırda məhz buna diqqət yetirir.

Sadəcə, klubun onun təyinatı üçün gecikməsindən bir az narahatam. Poçettino “gəlinin rəfiqəsi”, yəni kubok qazanmayan məşqçi kimi tanınır. Bəlkə də, keçmişdə “Mançester Yunayted”i bir az çəkindirən də elə bu amil olub.

Amma indi klub tamamilə fərqli bir vəziyyətdədir. Onlar kuboklar uğrunda mübarizə aparmaq barədə düşünməyə də bilərlər”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm