Harri Keyn İngiltərə millisinin rekordçusu oldu - VİDEO
Bizi izləyin

İdman

Harri Keyn İngiltərə millisinin rekordçusu oldu - VİDEO

Harri Keyn İngiltərə millisinin rekordçusu oldu - VİDEO

Almaniya çempionu, Münhenin “Bavariya” klubunun hücumçusu Harri Keyn İngiltərə millisində keçirdiyi oyunların sayına görə rekordçu olub.

Publika.az xəbər verir ki, Millətlər Liqasının qrup mərhələsinin beşinci turunda İngiltərə Xorvatiyanı qəbul edib. Harri Keyn start heyətində yer alıb. O, “Uembli” stadionunda ötən ay qazandığı 2026-cı ilin “Qızıl top” mükafatını da nümayiş etdirib.

Harri Keyn İngiltərə millisində qapıçı Piter Şiltonun rekordunu geridə qoyub. 77 yaşlı Şilton 1966-1997-ci illərdə peşəkar səviyyədə çıxış edib.

Harri Keyn milli komandanın heyətində 126-cı oyununu keçirir. O, bu komandanın heyətində 91 qol vurub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm